Tramp ailəsi Zəngəzur dəhlizinə daxil olur – Tramp-kiçiyin İrəvana səfərinin pərdəarxası

Tramp ailəsi Zəngəzur dəhlizinə daxil olur – Tramp-kiçiyin İrəvana səfərinin pərdəarxasıABŞ prezidenti Donald Trampın oğlu Donald Tramp-kiçik 12 noyabrda İrəvana səfər edəcək. Səfər rəsmi-diplomatik formatda deyil, daha çox biznes və infrastruktur danışıqları çərçivəsində həyata keçirilir.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, Ermənistan mənbələrinin məlumatına görə, danışıqların əsas mövzusu Zəngəzur dəhlizinin yeni mərhələsi kimi təqdim olunan TRIPP ("Tramp marşrutu") layihəsi olacaq. Layihə dəhlizin Ermənistan ərazisindən keçən Meğri hissəsinin uzunmüddətli idarəçiliyini və infrastrukturunun yenidən qurulmasını nəzərdə tutur.
Xatırladaq ki, sentyabr ayında ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi Brendon Xanrahan İrəvanda bəyan etmişdi ki, Vaşinqton Zəngəzur dəhlizinin Ermənistan hissəsinin başlanğıcı üçün yollar, dəmir yolu, energetika və rabitə infrastrukturlarına 145 milyon dollar ayırır. Bundan əlavə, ABŞ tərəfi Meğri zonası ilə bağlı 99 illik icarə və operatorluq modelini də müzakirə edir. Layihənin arxasında milyardlarla dollarlıq investisiya paketi olduğu bildirilir.
Tramp ailəsi Zəngəzur dəhlizinə daxil olur – Tramp-kiçiyin İrəvana səfərinin pərdəarxasıTRIPP yalnız nəqliyyat dəhlizi deyil, çoxşaxəli strateji infrastruktur sistemidir. Onun tərkibinə dəmir yolu xətləri, avtomobil magistralları, enerji və neft-qaz kəmərləri, fiber-optik rabitə və regionlararası ticarət-logistika mərkəzləri daxildir. Beynəlxalq iqtisadi modellərə görə, dəhliz 2027-ci ilədək illik 50–100 milyard dollarlıq ticarət dövriyyəsi yarada və Avropa–Asiya yükdaşımalarını 12–15 gün qısalda bilər. Bu mənfəət və tranzit üstünlüyü Meğri zonasının kimin nəzarətində olacağını geosiyasi qərara çevirir.
Tramp-kiçiyin səfərində iki əsas iqtisadi struktur rol oynayır: Trump Organization və 1789 Capital Venture Fund. Birincisi infrastruktur və əmlak idarəçiliyi üzrə fəaliyyət göstərir, ikincisi isə energetika, logistika və rəqəmsal texnologiyalar üzrə investisiya portfeli formalaşdırır. Son iki ildə Tramp-kiçiyin iştirakı ilə 1789 Capital-ın aktivləri 150 milyon dollardan 1 milyard dollara yüksəlib. Bu fondun məhz infrastruktura yönəlməsi TRIPP üçün sabit maliyyələşmə modeli yarada bilər. Bu halda dəhliz həm ABŞ kapitalı, həm də Ermənistan yurisdiksiyası əsasında idarə oluna bilər.
Tramp ailəsi Zəngəzur dəhlizinə daxil olur – Tramp-kiçiyin İrəvana səfərinin pərdəarxasıSəfərin paralel istiqamətlərindən biri də PUA və sərhəd nəzarəti texnologiyaları ilə bağlı əməkdaşlıqdır. Ermənistan KTMT-də iştirakı faktiki dondurduqdan sonra sərhəd təhlükəsizliyi üçün Qərb texnologiyalarına meyl edir.
Tramp-kiçiyin idarə heyətində olduğu Unusual Machines Inc. şirkəti ABŞ Ordusu üçün minlərlə PUA mühərriki istehsal edir və sərhəd monitorinqi sistemlərini təchiz edir. Bu texnologiyalar Zəngəzur dəhlizinin təhlükəsizliyinin təmin olunmasında istifadə edilə bilər və bu da ABŞ təsirinin regiondakı mövcudluğunu gücləndirir.
Beləliklə, Tramp-kiçiyin İrəvana səfəri yalnız iqtisadi müzakirə deyil, Cənubi Qafqazda yeni güc düzəninin formalaşması baxımından strateji əhəmiyyət daşıyır. ABŞ prezidenti Tramp özünü bölgədə "sülh təşəbbüslərinin müəllifi" kimi təqdim edir, Tramp-kiçik isə bu siyasi xətti infrastruktur və kapital üstünlüyü ilə tamamlayır. Səfər Zəngəzur dəhlizinin idarəçilik modeli, ABŞ-ın regiondakı rolunun genişlənməsi və Ermənistanın təhlükəsizlik arxitekturasının dəyişməsi məsələlərinə birbaşa təsir göstərə bilər.

Siyasi       Tarix: 11 noyabr 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında "AnewZ"da yayımlanan və beynəlxalq fotojurnalis

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin


azerbaycan xeberleri yeni xeberler son xeberler azerbaycanda son xeberler xeber az ən son xəbər cəbhədən son durum