Britaniya 43 "Challenger 2" tankını MƏHV ETDİ
Böyük Britaniya 2010-2014-cü illər arasında 43 "Challenger 2" tankını məhv edib.
KONKRET.azxarici KİV-ə istinadən xəbər verir ki, bu, vergi ödəyicilərinə 4,3 milyon funt-sterlinqə başa gəlib.
Qeyd olunub ki, bu tanklar indi Ukraynaya göndərilə bilərdi.
Məlumata görə, Böyük Britaniya hökuməti 1990-cı illərdə 386 "Challenger 2" tankı alıb. 2010-cu ilə qədər texnikalardan 40-ı zərərsizləşdirilib.
Bildirilir ki, Müdafiə Nazirliyi tankların sayını 227-dən 148-ə endirməyi planlaşdırır.
Bundan əlavə, 75 "Challenger 2" anbarda yerləşdirilib.
Britaniya parlamentinin Müdafiə komitəsinin sədri Tobias Ellvud anbarda olan 75 tankın Ukraynaya göndərilməsini təklif edib.
"Tankların anbara köçürülməsi Ukraynaya o qədər də effektiv kömək etməyəcək", – Britaniya Müdafiə Nazirliyinin sözçüsü deyib.
Qeyd edək ki, Böyük Britaniya Ukraynaya Qərb istehsalı olan ağır tankların tədarükünü təsdiqləyən ilk ölkə oldu. Ümumilikdə Kiyevə 14 "Challenger 2" tankı, həmçinin onlar üçün 4000 döyüş sursatı göndərilib.
İqbal Rzayev,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi