Britaniya ştammına qarşı vaksin hazırlandı - ŞAD XƏBƏR
"AstraZeneca" vaksini Britaniya ştammına (B.1.1.7) qarşı effektlidir.
Publika.az xəbər verir ki, bunu vaksinin hazırlanmasında ortaq olan Oksford Universitetinin Vaksin Qrupunun direktoru Endryu Pollard açıqlayıb.
Onun sözlərinə görə, vaksin orijinal virus hüceyrələri ilə yanaşı, mutasiyaya uğramış hüceyrələrə də təsir göstərir.
Oksfordun vaksin sınaqlarında iştirak edən professor Sara Gilbert isə koronavirusların qrip viruslarına nisbətən mutasiyaya daha az meylli olduğunu, lakin pandemiya zamanı dolaşan viruslar arasında bir mutant variantın hakim ola biləcəyini ifadə edib.
O, lazım olduğu təqdirdə qripdə olduğu kimi vaksinlərin mutasiyalara əsasən yenidən nizamlana biləcəyinə diqqət çəkib.
Qeyd edək ki, daha əvvəl "Pfizer-BioNTech" və "Moderna" hazırladıqları COVID-19 peyvəndlərinin mutasiyaya qarşı təsirli olduğunu açıqlamışdı.
İlk dəfə İngiltərədə sentyabr ayında aşkarlanan yeni mutant variant dekabr ayında bütün ölkədə dominant tip olmağa başlamışdı.
70% daha sürətli yayılan və 60 yaşdan yuxarı 30-40% ölümcül olan mutasiyadan sonra krallıqda ümumi itki sayı 100 mini keçib.
Zümrüd
Kurslar.az kurslar [newsid: 0-123300]

Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru