Britni Spirs illər əvvəl "ən təhlükəli heyvan" adlandırdığı anasını bağrına basdı - FOTO
Britni Spirs illər əvvəl "ən təhlükəli heyvan" adlandırdığı anasını bağrına basdı - FOTO
Amerikalı müğənni Britni Spirs qəyyumluq qalmaqalından sonra anası ilə ilk görüşündən danışıb.
Bu barədə özünün "Instagram" hesabında xəbər verib.
"Əziz anam üç il sonra dünən evimin astanasında göründü... Aradan çox vaxt keçib... Ailədə həmişə həll edilməli şeylər olur... Amma zaman bütün yaraları sağaldır! Çoxdandır içimdə saxladıqlarımı paylaşa bildikdən sonra isə özümü çox xoşbəxt hiss etdim. Hər şeyi düzəldə bildik! Mən səni çox sevirəm! P.S. 14 ildən sonra birlikdə qəhvə içə biləcəyimiz üçün çox xoşbəxtəm! Gəl sonra alış-verişə gedək!" – deyə ifaçı izləyicilərilə hisslərini bölüşüb.
Məlumata görə 68 yaşlı Lin Spirs qızı və kürəkəni Sem Əsgəri ilə təxminən yarım saat vaxt keçirib.
Qeyd edək ki, müğənni anasına qarşı düşmən mövqedə olub, çünki onu qəyyumluğun təşəbbüskarı hesab edirdi.
"Dünyanın ən təhlükəli heyvanı - sakit şəkildə gülümsəyən qadındır. 13 il əvvəl atam mənim qəyyum oldu. Amma insanların bilmədiyi odur ki, ona bu ideyanı anam verib. Bu illəri heç kim mənə qaytarmayacaq. O, mənim həyatımı gizlicə məhv etdi", - deyə Spirs 2021-ci ilin noyabrında demişdi.

/ oxu.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var