Brüssel görüşündə bu razılaşmalar var - Şarl Mişel açıqladı

Brüssel görüşündə bu razılaşmalar var - Şarl Mişel açıqladı"Bu gün Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsi üzrə irəliləyiş üçün əsaslı işi gücləndirməyə razılaşdıq və xarici işlər nazirlərinə bir ay müddətində mətn layihələri üzərində işləmək üçün görüşməyi tapşırdıq".
KONKRET.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Paşinyan ilə üçtərəfli görüşündən sonra mətbuata bəyanatında bildirilir.
"Görüş bu formatda dördüncü müzakirəmiz idi. Müzakirələr Cənubi Qafqazda baş verən son hadisələr və Aİ ilə hər iki ölkə arasında münasibətlərə yönəlmişdi. Mübadilələrimiz açıq və məhsuldar oldu, mən buna görə hər iki liderə təşəkkür etmək istərdim. Gündəliyimizdəki bütün məsələlərə baxdıq", – Mişel qeyd edib.
Aİ Şurası Prezidenti vurğulayıb ki, son görüş zamanı əldə olunmuş razılaşmaların irəliyə aparılması üçün kifayət qədər addımların atıldığını görmək müsbət haldır.
Sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə təminatında irəlilıyiş barədə bütün məqamların nəzərdən keçirildiyini deyən Şarl Mişel, həmçinin komissiyanın növbəti iclasının noyabrda Brüsseldə keçirilməsi barədə razılıq əldə olunduğunu söyləyib.
Biz nəqliyyat əlaqələrinin blokdan çıxarılması üsulları ilə bağlı müzakirələrin gedişatını nəzərdən keçirdik.
Aİ Şurası Prezidenti əlavə edib ki, əhalini uzunmüddətli davamlı sülhə hazırlamaq vacibdir:
"Aİ uzunmüddətli davamlı sülhə doğru dəstəyini daha da gücləndirməyə hazırdır. Aİ həm də hər iki ölkənin və onların əhalisinin rifahı naminə iqtisadi inkişafın irəliləyişinə təkan verməyə davam edəcək".
Qeyd edilir ki, noyabrın sonuna qədər bu formatda növbəti görüşün keçiriləcəyi barədə razılıq əldə edilib.

Siyasi       Tarix: 31 avqust 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident icra başçısını vəzifəsindən azad etdi

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Şeyx Məhəmməd bin Rəşid Al Məktuma başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Əlahəzrət,

Ermənilər Kərkinin Azərbaycana qaytarılmasının əleyhinə çıxdı – 59 faiz "yox" deyir

Ermənistanda keçirilən sorğu zamanı respondentlərin əksəriyyəti Azərbaycanın Sədərək rayonunun 1990-cı ilin yanvarında işğal olunan Kərki (ermənilər "Tiqranashen" adlandırır-red.) kəndini "erməni yaşayış məntəqəsi"

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Prezidentdən "AzerGold"la bağlı - Sərəncam

"AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilib. Bununla bağlı Preziden

Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır. KONKRET.azxəbə

ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? - Tramp açıqladı

ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək aralıq seçkisindən sonra İranla sazişin əldə oluna biləcəyini bəyan edib. xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb. O bildirib ki, İran hökumət

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta bu gunun xeberleri haqqinda melumat xabarlar sou biznes