Ermənilər Kərkinin Azərbaycana qaytarılmasının əleyhinə çıxdı – 59 faiz "yox" deyir
Ermənistanda keçirilən sorğu zamanı respondentlərin əksəriyyəti Azərbaycanın Sədərək rayonunun 1990-cı ilin yanvarında işğal olunan Kərki (ermənilər "Tiqranashen" adlandırır-red.) kəndini "erməni yaşayış məntəqəsi" hesab etdiklərini bildiriblər və onun Azərbaycana təhvil verilməsinin əleyhinə çıxıblar. Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Sorğunun nəticələrini "Gallup International" Assosiasiyasının Ermənistan filialının direktoru Aram Navasardyan təqdim edib.
KONKRET.az xəbər verir ki, "sorğuda iştirak edənlərin 59%-i hesab edir ki, Tiqranashen erməni yaşayış məntəqəsidir və Ermənistan hakimiyyətinin onu Azərbaycana təhvil vermək hüququ yoxdur", – deyə Navasardyan bildirib.
Bundan əlavə, respondentlərin 21%-i Kərkinin strateji əhəmiyyət daşıdığını və onun Azərbaycana verilməsinin Ermənistan üçün təhlükəsizlik riskləri yaratdığını qeyd edib. Navasardyanın sözlərinə görə, respondentlərin yalnız 6,4%-i Kərkinin Ermənistan ərazisi olmadığını və onun Azərbaycana təhvil verilməli olduğunu düşünür. Digər 3,5%-i fərqli fikir bildirib, 10,1%-i isə sualı cavablandırmaqda çətinlik çəkib.
Sorğu sentyabrın 22-dən 24-dək 1000 sakin arasında keçirilib.
Qeyd edək ki, bir müddət öncə Ermənistanın baş naziri Nikol Paşinyan Kərkinin və Qazax rayonunun işğal altındakı kəndlərinin Azərbaycana məxsus olduğunu bildirmişdi, bu ərazilərin Ermənistanın xəritəsinə daxil olmadığını xatırlatmışdı. Paşinyan hətta Kərkini öz adı ilə adlandıraraq qeyd etmişdi ki, əks mövqedə dayanmaq müharibəyə çağırış etməkdir. Bundan sonra revanşistlərin Kərkiyə səfəri təşkil olunmuşdu və parlamentdəki radikalların da iştirakı ilə Kərkidə ağacəkmə kampaniyası keçirilmiş, bu ərazinin qaytarılmasının mümkünsüzlüyü barədə sərsəm açıqlamalar verilmişdi. Sorğunun məhz bundan sonra keçirilməsi də maraqlıdır. Bu rəy həm də erməni ictimai fikrində radikalların artmasından, eyni zamanda gərginliyi körükləmək istəyən xarici qüvvələrin də hərəkətə keçməyindən xəbər verir.
Ermənistanda revanşist meyllərin cəmiyyətin rəyində də əksini tapması təhlükəli perspektivlərdən və yeni toqquşma riskindən xəbər verir. Belə görünür 44 günlük savaş Ermənistana dərs olmayıb…
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO
10 illik məhkum edilmiş Martin də əfv edildi
Prezident əfv Sərəncamı imzaladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı