Bu 15 əlamət sizin xəstə olmağınızın göstəricisidir

Bu 15 əlamət sizin xəstə olmağınızın göstəricisidirİnsan orqanizmi çox mürəkkəbdir. Orqanizmdə hər saniyə müxtəlif proseslər gedir və bəzən biz özümüzə lazimi qədər zaman ayıra bilmirik. Hətta bəzən elə patologiyalar meydana gəlir ki, biz həkimə müraciət etdikdə iş-işdən keçmiş olur. Amma bəzi əlamətlər vardır ki, onlar insan bədənində olan xəstəliklərin ilkin siqnalları sayılır. Bu siqnallar hansılardır?
1. Dərinin quruluğu.
Bu orqanizmdə E vitamininin çatışmamazlığının göstəricisidir. Dəridə quruluq olduqda çoxlu miqdar qoz, balıq yağı və bitki yağları qəbul etmək lazımdır.
2. Saçların tökülməsi və keyfiyyətsiz dırnaqlar.
Bu orqanizmdə B qrup vitaminlərin və kalsiumun çatışmazlığının göstəricisidir. Bu zaman buğda, arpa və dənli bitkilərdən hazırlanmış şorbalar və çörək yemək lazımdır.
3. Diş əti qanamaları.
Bu orqanizmdə C vitamini çatışmazlığı olduğu zaman baş verir. C vitamini ən çox soğanda, sarımsaqda, sitrus meyvələrdə və tərəvəzlərdə olur. Mütəxəssislər diş ətində qanaxmalar olan adamlara bu qidalardan çox istifadə etməyi məsləhət bilir.
4. Əsəbilik və yuxusuzluq.
Bu kalium və maqniumun çatışmazlığından xəbər verir. Bu mikroelementlər isə qaysıda, ərikdə, qara gavalıda və çuğundurda olur.
5. Əzələlərdə gecələr baş verən qıcolmalar.
Bu orqanizmdə kaliumun və kalsiumun çatışmazlığını bildirir.
6. Qaz dərisinə bənzər dəri.
Bu əlamət orqanizmdə A və C vitamininin olmamasının göstəricisidir. Bu əlaməti aradan qaldırmaq üçün narıncı rəngdə olan meyvə və tərəvəzlərdən istifadə etmək lazımdır. Bu meyvə-tərəvəzlərə yerkökü, balqabaq, şaftalı, qaysı, pomidor və s. aiddir.
7. Duzlu qidalara meyl etmə.
Orqanizmdə iltihabi proseslər olduqda turşuya meyillik yaranır.
8. Şirniyyata meyl etmə.
Bu orqanizmdə enerji çatışmazlığı və sinir sistemində gərginlik olan zaman baş verir. Şirniyyata meyillilik hiss edildiyi zaman mütəxəssislər hər səhər yeməyi zamanı 1 xörək qaşığı bal və ya tünd şokolad yeməyi tövsiyə edirlər.
9. Atışdırmalıq qida istəyi.
Bu istək qaraciyər və mədə-bağırsaq xəstəlikləri zamanı baş verir. Atışdırmalıq qida mədə spazmını aradan qaldırır və mədəni sakitləşdirir.
10. Qidaya olan həvəsin azalması.
Bu depressiya hallarında baş verir.
11. Tum çırtlamağa olan həvəsin artması.
Bu orqanizmdə antioksidantların çatışmazlığının göstəricisidir.
12. Turş qidalara meyilliyin olması.
Orqanizm özü qaraciyərin və öd kisəsinin fəaliyyətini stimulyasiya etmək istədikdə turşu tələb edir. Bu zaman insanlar limon və digər turş qidaları yeməyə həvəsli olur.
13. Tünd qidalara meyilliyin olması.
Bu mədə-bağırsağın təmizlənməyə ehtiyacı olduğunun göstəricisidir. Belə olduqda mədə-bağırsağı təmizlətmək lazımdır.
14. Kəskin qidalara meyilliyin olması.
Kəskin qidalar həzmi normallaşdırır, stimulyasiya edir. Mütəxəssislər kəskin qidalardan acqarına istyifadə eməyi məsləhət bilmir.
15. Dəniz məhsullarına meyilliyin olması.
Dəniz məhsullarına meyilliliyin artması orqanizmdə yod çatışmazlığının göstəricisidir.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 16 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Göbələk mövsümü: Zəhərlənmə halları ilə bağlı xəbərdarlıq edildi

Artıq bir sıra dünya ölkələrind göbələk mövsümü qızğın dövrünü yaşayır. Lakin mütəxəssislər meşələrdə göbələk toplayanları diqqətli olmağa çağırırlar. xəbər verir ki, Almaniya Federal Risklərin Qiymətləndirilməsi İnstitutunu

Qazaxıstanın ən yaşlı qadınının sirri nədə idi?

Qazaxıstanda respublikanın ən yaşlı qadını Tuymequl Temirbayeva vəfat edib. Onun 116 yaşı var idi. KONKRET.azoxuaz-a istinadən bildirir ki, bu barədə "Kazinform" nəşri Ulıtau vilayətinin administrasiyasına istinadə

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Kolbasa və sosiska alarkən diqqətli olun: Bu əlamətlər təhlükədən xəbər verir

Son günlər Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən "Malakanka" MMC-yə məxsus müəssisədə yararlılıq müddəti bitmiş kolbasa və süd məhsullarının aşkarlanması qida təhlükəsizliyi məsələsini yenidən gündəm

Meyvə alarkən bu məqama diqqət edin – Sağlamlığınız təhlükədədir

Meyvə və tərəvəzlər sağlam qidalanmanın əsasını təşkil etsə də, mövsümündə yetişməyən məhsulların istehlakı ilə bağlı suallar tez-tez gündəmə gəlir. Xüsusilə istixanalarda yetişdirilən və xaricdən gətirilən məhsulların tərkibi

Uşaqlarda bu hal təhlükəlidir - DİQQƏT

Qrip və soyuqdəymə kimi yuxarı tənəffüs yollarının infeksiyaları, xüsusilə uşaqlarda orta qulaq iltihabına səbəb ola bilər. Vaxtında müalicə olunmadıqda isə bu xəstəlik nadir hallarda meningit və beyin absesi kimi ciddi fəsadlarl

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid


azerbaycan xeberleri son xeberler yeni xeberler bugünkü son xəbərlər son xeberler 2026 krminal bu gun cəbhədən ən son xəbərlər