Plastik cərrah Sənan Mehdiyevin məhkəməsində ekspert rəyi açıqlandı

Plastik cərrah Sənan Mehdiyevin məhkəməsində ekspert rəyi açıqlandıBakıda burun əməliyyatından sonra vəfat edən Nəzrin Mansurlunun ölümü ilə bağlı cinayət məsuliyyətinə cəlb edilmiş cərrah Sənan Mehdiyevin məhkəmə prosesi keçirilib.
KONKRET.az Teleqraf-a istinadən xəbər verir ki, bu gün Nəsimi Rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrlik etdiyi prosesdə ekspert Məhəmməd Əmrahov ifadə verib.
Ekspert əməliyyat diskini izlədiyini bildirib. Onun sözlərinə görə, 07.01.2025 və 10.01.2025-ci il tarixlərində çəkilmiş baş-beyin KT müayinəsində görüntülərdə burun nahiyəsində, alın və xəlbir sümüklərində postop sümük defektləri və sınıq xətti izlənilib. Alında sağ tərəfdə qopmuş sümük fraqmentlər aşkar olunub.
Daha sonra zərərçəkmiş şəxsin vəkili Tural Musayev ekspertə verdiyi rəydə yazılanların özünə məxsus olub-olmadığını və onları təsdiq edib-etməmədiyini soruşub.
Məhəmməd Əmrahov yazılanların ona məxsus olduğunu və rəyi tam təsdiq etdiyini bildirib.
Təqsirləndirilən Sənan Mehdiyev ekspertdən xəstəni meningit edə biləcək hər hansı sınıq aşkar edib-etmədiyini soruşub.
Məhəmməd Əmrahov burun əməliyyatlarının hər birinin fərqli olduğunu qeyd edib: "Mən deyə bilmərəm ki, bu, hansı sümük zədələnməsidir. Xəstənin kəllə boşluğunda sınıq yox idi".
Sənan Mehdiyevin vəkili ekspertdən neçə vaxtdır bu sahədə işlədiyini soruşub. Məhəmməd Əmrahov 20 ildən çox ancaq KT üzrə sənədlərə baxaraq rəy bildirdiyini deyib: "Mən KT-dən başqa heç nəyə cavabdeh deyiləm".
Növbəti məhkəmə prosesi oktyabrın 3-nə təyin olunub.
İttihama görə, Sənan Mehdiyev 2025-ci ilin yanvar ayında Nəzrin Mansurlunu cərrahi əməliyyat edən zaman onun alın, xəlbir və ön çənə sümüklərinə əlavə sınıq xəsarətləri yetirməsinə səbəb olub.
İttihamda göstərilib ki, həkim apardığı vizual müayinənin nəticələrini yetərli hesab edərək əməliyyatın nəticələri haqqında tibbi tədbirlərin təyinatını dəqiqləşdirməyib və onun nəzarət altında qalmasını təmin etməyib.
Nəzrin Mansurlu 2025-ci ilin yanvarın 12-də vəziyyəti ağırlaşdığı üçün yerləşdirildiyi xəstəxanada həkim Sənan Mehdiyevin əməliyyat zamanı burun, alın, xəlbir sümüklərini sındırması nəticəsində aldığı xəsarətlərdən ölüb.
Qeyd edək ki, Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mansurlu Nəzrin Aydın qızının yanvarın 12-də ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
İstintaqla Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən "Mərcan Medicare" adlı klinikada plastik cərrah işləyən Sənan Mehdiyev tərəfindən icra olunmuş rinoplastika əməliyyatından sonra vəziyyətinin kəskin ağırlaşması və yerləşdirildiyi klinikada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Sağlamlıq       Tarix: 01 oktyabr 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngi

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Alimlər təsdiqlədi: Bizi kökəldən əsas qida bu imiş

Hətta qida rasionunun ümumi kalori miqdarı dəyişməsə belə, bəzi məhsullar bədən çəkisinin sürətlə artmasına birbaşa təsir göstərir. Yapon mütəxəssislər müəyyən ediblər ki, gündəlik qidalanmada çörəyin payının çox olması piylənm

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Bu çay ürəyi qoruyur, stressi azaldır

Yasəmən çayı (jasmine tea) həm xoş ətri, həm də sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə əsrlərdir istifadə olunan təbii içkilərdən biridir. Xüsusilə sakitləşdirici təsiri və antioksidantlarla zəngin olması onu gündəli


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler azerbaycan son.xeberler cəbhədən son məlumatlar meherremlik 2026