Analizə gedənlər bunu mütləq bilməlidir, yoxsa cavablar səhv çıxa bilər

Analizə gedənlər bunu mütləq bilməlidir, yoxsa cavablar səhv çıxa bilərVitamin və bioloji aktiv qida əlavələri xəstəliklərin düzgün diaqnozuna və müalicəyə mane olur.
KONKRET.az milliaz-a istinadən xəbər verir ki, bunu rusiyalı terapevt Olqa Çistik bildirib.
"Ən çox dəmir, D vitamini və biotin qəbul edən insanlarda analizlərdə yanlış nəticələr müşahidə olunur. Əgər analizdən bir gün əvvəl dəmir tableti qəbul etsəniz, qanda dəmirin səviyyəsi süni şəkildə yüksələcək, halbuki orqanizmdə ehtiyat az qala bilər. Biotin isə qalxanabənzər vəz hormonları ilə bağlı analizlərə mane olur və nəticədə həkimlər səhv diaqnoz qoya bilərlər", – deyə Çistik bildirib.
Həkim əlavə edib ki, omeqa-3, kurkumin və C vitamini orqanizmdə iltihabı göstərən C-reaktiv zülalın səviyyəsini müvəqqəti azaldır. Bu zaman xəstəlik qalır, amma analizlər "sağlam" nəticə göstərir.
Bəzi bitki tərkibli əlavələr, məsələn, yaşıl çay ekstraktı qaraciyər fermentlərini artıraraq orada problem varmış kimi görüntü yaradır.
Çistik vurğulayıb ki, vitaminlərin həddindən artıq qəbulu zərərlidir. D vitamini normadan çox olduqda böyrəklərdə daş əmələ gətirə bilər. A vitamini artıq qəbul edildikdə dərinin qurumasına, saçın tökülməsinə və sümük ağrılarına səbəb olur. Yodun çoxluğu qalxanabənzər vəzinin fəaliyyətini pozur.
Xüsusilə böyrək, qalxanabənzər vəz, həzm orqanları və safra yolları xəstəlikləri olanlar, eləcə də hamilələr və yaşlılar bu əlavələri ehtiyatla qəbul etməlidirlər.
Dəqiq nəticə üçün həkim məsləhət görür:
Dəmir tabletlərini analizdən 1 gün əvvəl qəbul etməyin.
Biotin qəbulunu 8-72 saat əvvəl dayandırın.
Kalsium və maqneziumu analiz günü səhər içməyin.
Bitki mənşəli əlavələri 1-2 həftə öncə dayandırın.
Bundan əlavə, bəzi maddələr bir-birinin təsirini azaldır:
Kalsium dəmirin mənimsənilməsini azaldır.
Sink misin mənimsənilməsinə mane olur.
Kalsium, dəmir və maqnezium qalxanabənzər vəz dərmanlarının təsirini zəiflədir.
Həkim məsləhət görür ki, bütün qəbul edilən vitamin və əlavələr barədə mütləq həkimə məlumat verilməlidir, əks halda analizlər yanıltıcı ola bilər.

Sağlamlıq       Tarix: 30 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar

Baş ağrısından tutmuş soyuqdəyməyə qədər bir çox insan narahatlıq hiss edən kimi dərmana üz tutur. Bəziləri həkim məsləhəti olmadan aptekdən aldığı preparatları günlərlə, hətta aylarla qəbul etsə də, gözlədiyi nəticəni əld

İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?

İranda qrip və COVID-19-a yoluxma hallarının artması, eləcə də ölüm faktlarının qeydə alınması regionda epidemioloji vəziyyətlə bağlı narahatlıq yaradıb. Bu fonda infeksiyaların Azərbaycanda yayılma riski, mövsümi xəstəlikləri

Qoşaçayda otuz şagird zəhərləndi

Bu gün Qərbi Azərbaycan əyalətinin Qoşaçay şəhərinin məktəblərindən birində otuz şagird zəhərlənib. KONKRET.azxəbər verir ki, bu haqda İran televizyası məlumat yayıb. Xəstəxanalara köçürülən şagirdlərin zəhərlənmə səbəb

Xərçəng xəstəsi ilə eyni evdə yaşamaq təhlükəlidirmi? – MÜHÜM AÇIQLAMA

Xərçəng xəstəliyi ilə bağlı cəmiyyətdə yayılan yanlış təsəvvürlərdən biri də onun yoluxucu olmasıdır. Halbuki xərçəng xəstəsi ilə eyni evdə yaşamaq, ünsiyyətdə olmaq, eyni qab-qacaqdan istifadə etmək və ya fiziki təmasd

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Koronavirusla bağlı ŞOK İDDİA: İnsan orqanizmində görün nələr edirmiş

İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin alimləri koronavirusla bağlı mühüm elmi qənaətə gəliblər. Məlum olub ki, virus insan orqanizminin toxumalarında illərlə qalmaq qabiliyyətinə malikdir. bildiri

2027-ci ildən yeni mərhələ başlayır – 4 il davam edəcək

2027–2031-ci illərdə qida məhsulları allergenlərin müəyyən edilməsi üçün laborator müayinələrə cəlb olunacaq. Məhsulların üzərindəki etiket məlumatlarının laboratoriya nəticələrinə uyğunluğu da yoxlanılacaq. xəbər verir ki


yeni xeberler azerbaycan xeberleri son xeberler valyuta mezennesi 2026 sonxeber.az cəbhədən xəbər xeberler bugun