Bu ərazilərdə çoxmərtəbəli binaların tikilməsinə icazə verilməyəcək
Sıxlığın tənzimlənməsi və nizamlanması istiqamətində konkret həllər, planlar var. Bakının hansı ərazilərində nə qədər binaların tikilə biləcəyi Baş planda nəzərdə tutulub.
KONKRET.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov deyib.
"Ərazilər sıxlığa görə 4 kateqoriyaya bölünüb: yüksək, orta, az və seyrək sıxlıqlı ərazilər.
Yüksək sıxlıqlı ərazilər 9 və daha çoxmərtəbəli binaların olduqları ərazilərdir. Orta sıxlıqlı 5-8, az sıxlıqlı 3-4 mərtəbəli və seyrək sıxlıqlı isə fərdi yaşayış evlərinin olduğu ərazilərdir. Bunlar Baş planda öz əksini tapıb və tənzimlənir.
Gələcəkdə hansısa bir sahibkar, qurum bu ərazilərdə fəaliyyət həyata keçirmək istəsə, bu sıxlıqları nəzərə alacaq. Sıxlıq zonalarının konkret hədləri var ki, ondan artıq tikmək olmaz", – deyə sədr müavini əlavə edib.
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR