Bu ərazilərə Rusiya hərbçiləri yerləşdiriləcək - Davtyan təsdiqlədi

Bu ərazilərə Rusiya hərbçiləri yerləşdiriləcək - Davtyan təsdiqlədiYaxın günlərdə Azərbaycanla Ermənistanın sərhədinin Geğarkunik bölgəsinə, Ermənistan ərazisinə rusiyalı hərbçilər yerləşdiriləcək. Erməni mənbələri xəbər verir ki, bu məsələ Rusiya müdafiə naziri Sergey Şoyqu ilə onun erməni həmkarı Vaqarşak Arutyunyan arasında son həftələr ərzində keçirilən danışıqlarda müzakirə olunur.
Ermənistanın Qeqarkunik vilayəti Azərbaycanın Kəlbəcər rayonu ilə həmsərhəddir. Azərbaycan ordusunun Kəlbəcər istiqamətində ölkənin sovet dövrü sərhədlərində möhkəmlənməsi Yerevanda "Ermənistan ərazisinə müdaxilə" kimi qarşılanıb və baş nazir Nikol Paşinyan seçki kampaniyası dövründə belə təklif irəli sürüb ki, tərəflər öz qoşunlarını güzgü prinsipi ilə sərhəddən geri çəksinlər. Əvəzində ora Rusiya qüvvələri yerləşdirilsin və demarkasiyaya dair danışıqlar başlasın. Azərbaycan tərəfi bu təklifə reaksiya verməyib, rəsmi Bakı "Ermənistan ərazisinə müdaxilə" haqda Yerevandan səslənən bütün ittihamları rədd edir.
Qeqarkunik vilayətinin qubernatoru Qnel Sanosyan isə bildirib ki, sərhədin həmin istiqamətində Rusiya hərbçilərinin yerləşdirilməsi razılaşdırılıb. Onun sözlərinə görə, plana əsasən Ermənistan və Azərbaycan qüvvələri güzgü metodu ilə geri çəkilməlidir. "Rusiyalı həmkarların yerləşdirilməsi üzrə iş aparılır, vəziyyət tənzimlənəcək. Bu, üçtərəfli danışıqların nəticəsidir, paralel proses də gedir", – qubernator deyib.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə deyib ki, onda əlavə informasiya yoxdur. "Qubernatorun dediyindən başqa bir şey yoxdur", – o vurğulayıb.
Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisi Artak Davtyan bu gün jurnalistlərə açıqlamasında Qeqarkunik vilayətində Rusiya sülhməramlı qüvvələrini yerləşdiriləcəyini təsdiqləyib. Deyib ki, hələlik proses gedir və yekun qərar olan kimi ictimaiyyətə açıqlanacaq.
Bu ərazilərə Rusiya hərbçiləri yerləşdiriləcək - Davtyan təsdiqlədi"Yekun qərar təkcə bizim istəyimizdən asılı deyil, danışıqlar aparılır və orada digər tərəf də iştirak edir",-Davtyan Rusiyanı nəzərdə tutaraq deyib. O, əlavə edib ki, Rusiya sülhməramlıları Ermənistanın ərazisində yerləşdiriləcək və bu səbəbdən məsələnin Azərbaycan tərəfi ilə razılaşdırılmasına ehtiyac yoxdur.
Rusiyanın Yerevandakı səfiri Sergey Kopırkin isə bildirib ki, artıq Sünikə, sərhədin problemi hissələrində Rusiya sərhəd postları var. Lakin o, Qeqarkunik vilayətində də Rusiya hərbçilərinin yerləşdiriləcəyi haqda suala cavab vermək istəməyib, "bir qədər gözləməyi" xahiş edib. "Sonrakı addımlara gəldikdə isə, mən gözələməyə çağırıram",-səfir deyib.
Qeyd edək ki, Rusiya hərbçilərinin bilavasitə iki ölkə sərhədlərində deyil, Ermənistan ərazisində yerləşdirilməsi müzakirə olunduğundan Azərbaycanın bu danışıqlarda iştirakı və hər hansı razılaşma əldə etməsi barədə məlumat yoxdur. Lakin rəsmi Bakı sərhədlərin demarkasiyasına və delimitasiyasına dair üçtərəfli danışıqların aparılmasına tərəfdardır. (virtualaz.org)

Dünya       Tarix: 22 iyun 2021
f Paylaş

Oxşar xəbərlər

Böyük Britaniyada rekord sayda yoluxma qeydə alındı

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 218 724 yoluxma halı qeydə alınıb. "Sinxua"ya istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər. Məlumata əsasən, ölkədə koronavirus

Tələblər yerinə yetirilməsə, Saakaşvili aclığa başlayacaq

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili əcnəbi həkimlərin və vəkillərin onunla məxfi görüşməsinə icazə verilməsini tələb edir. Əks təqdirdə, siyasətçi yanvarın 6-da yenidən aclıq aksiyasına başlayacaq. -a istinadl

Avropa iki aydan sonra qazsız qala bilər

"Avropanın şaxtalı hava və anbarlardakı mavi yanacaq ehtiyatlarının az olması səbəbindən yaxın iki ayda qazsız qalma riski var". xəbər verir ki, bu barədə "Bloomberg" nəşrində dərc edilən məqladə yer alıb

İrkutskda DƏHŞƏT: 5 nəfər diri-diri yanaraq öldü

Rusiyanın İrkutsk vilayətində baş verən yanğında 5 nəfər ölüb. Ölənlərdən üçü qadın, biri kişi, bir də 11 yaşlı uşaqdır. xəbər verir ki, İrkutsk vilayətinin Xomutovo kəndində taxta ikimərtəbəli yaşayış evində yanğın haqqınd

Almatı şəhərinə giriş və çıxış bağlanıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. xəbər verir ki, Almatı şəhərinə giriş və çıxış qadağandır. Komendan

Tokayev gənclərə ÇAĞIRIŞ ETDİ: "Həyatınızı zəhərləməyin"

Xəbər verdiyimiz kimi Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin Manqistau vilayətində maye qazın qiymətinin aşağı salınması qərarından sonra nümayişçilərə müraciət edib. TASS-a istinadla xəbər verir ki, o, müraciətind

Dünyada 45 jurnalist iş başında öldürülüb - 2021-Cİ İLDƏ

2021-ci ildə dünyanın 20 ölkəsində 45 jurnalist və media işçisi peşə borcunu yerinə yetirərkən baş vermiş insidentlər nəticəsində qətlə yetirilib. -ın məlumatına görə, Beynəlxalq Jurnalistlər Federasiyasının (IJF) paylaşdığ

İranda son sutkada koronavirusdan 41 nəfər öldü

İranda ötən sutka ərzində 1 510 nəfər koronavirusa (COVID-19) yoluxub, 41 nəfər ölüb. xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 131 68

Haitinin Baş nazirinə sui-qəsd cəhdi oldu

Naməlum şəxslər Haitinin Baş naziri Ariel Anriyə qarşı sui-qəsd törətmək istəyiblər. "Telesur" kanalına istinadla xəbər verir ki, hadisə Qonaiv şəhərində ölkənin 218 illiyi münasibətilə keçirilən tədbirdə baş verib


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son görüntülər xabar az valyuta mezennesi banklar xeberler bu qun