"Bu, ermənilərin azərbaycanlılara olan nifrətinin bariz nümunəsi idi" – Proxanov Qafan xatirələrini bölüşdü
Ermənilərin 1987-ci ildə Qafanda yaşayan azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər haqda yazıçı Aleksandr Proxanov xatirələrini bölüşüb.
KONKRET.az xəbər verir ki, rusiyalı yazıçı fikirlərinə Sovet imperiyasının millətləri birləşdirməsi, eyni ideologiya ətrafında cəmləşdirməsi ilə başlayıb. Bu fonda vaxtilə Azərbaycan və Ermənistanın dostluq və sülh şəraitindən yaşadığına diqqət çəkib. Lakin Qarabağ məsələsinin bir andaca bu dostluğu məhv etdiyini və nifrətə çevirdiyini bildirib: "Mən Qafan şəhərində olanda orada çoxlu sayda azərbaycanlılar yaşayırdılar. Ermənilər isə şəhərdəki azərbaycanlılara qarşı həddən artıq aqressiya nümayiş etdirirdilər, onları guya Ermənistan ərazisində məskunlaşmaqda günahlandırırdılar. Bu, sonda azərbaycanlıların Qafandan qovulması ilə nəticələndi. Ermənilər Qafanda yaşayan azərbaycanlıları oradan qovub çıxardılar. Bu, birinci etnik təmizləmə idi. Qocalar, uşaqlar, qadınlar çox ağır şəraitdə, yüksək aşırımlardan keçərək, soyuqdan donaraq, yıxılıb xəsarət alaraq Azərbaycan SSRİ-yə gəldilər. Bu, ermənilərin Azərbaycan millətinə olan nifrətinin bariz nümunəsi idi".
Proxanov daha sonra fikirlərini belə davam etdirib: "Qafandan azərbaycanlıların qovulmasından sonra Bakı hadisələri başladı. Ardınca Qarabağ müharibəsi oldu. Bundan sonra ermənilər Azərbaycandan qopmaq qərarına gəldilər. Mərkəzi Xankəndi olan Azərbaycanın Qarabağ ərazisini işğal etməyə başladılar. Beləliklə dəhşətli müharibəyə start verildi. Hansı ki, Qarbaçov bunun qarşısını almadı. Bu, Sovet imperiyasının sülh və birlik ideologiyasını kökündən parçaladı. Qarbaçovun baş verənlərin məsuliyyətini öz üzərinə götürməməsi, imperiyanın parçalanmasına gətirib çıxardı. Artıq maaşlarını ala bilməyən Sovet əsgərləri ermənilərin əlində muzdlu döyüşçüyə çevrildilər", – deyə rusiyalı yazıçı fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir