Bu futbol klubunun adı dəyişdirilir
"Hazırda "Səbail"də maliyyə vəziyyəti stabildir. Güclü heyət formalaşdırmaq üçün fəaliyyətimiz davam edir. Qarşıya qoyulan əsas məqsəd çempionluq və Premyer Liqaya yüksəlməkdir".
KONKRET.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Birinci Liqasında mübarizə aparan "Səbail" klubunun yeni prezidenti Mirzə Bayrampur deyib.
O, komandanın qarşısına yüksək hədəflər qoyduqlarını bildirib:
"Əvvəllər "Şimal" klubunu İkinci Liqadan Birinci Liqaya yüksəltmişəm. Ötən mövsüm isə "Şahdağ Qusar"da icraçı direktor vəzifəsində çalışmışam. "Səbail"də əsas məqsədimiz Birinci Liqanın qalibi olaraq birbaşa Premyer Liqaya vəsiqə qazanmaqdır. Komandanı Premyer Liqa səviyyəsinə uyğun formalaşdırmaq istəyirik. Bunun üçün həm təcrübəli, həm də perspektivli yerli futbolçuların cəlb olunması istiqamətində iş aparırıq. Baş məşqçi vəzifəsini Elnur Abdullayev icra edəcək".
Klub rəhbəri stadion məsələsi ilə bağlı hazırda iki variant üzərində işlədiklərini söyləyib:
"ASCO Arena və Quba şəhər stadionu ilə bağlı danışıqlar aparılır. Bu prosesdə AFFA ilə də müzakirələr davam edir. Əgər Quba stadionu ilə bağlı məsələlər müsbət həllini tapsa, klub fəaliyyətini həmin şəhərdə davam etdirəcək. Belə olan halda, komandanın adı da dəyişdirilərək "Quba" olacaq. Əks halda, qarşıdakı mövsümdə ev oyunlarımızı ASCO Arenada keçirəcəyik. Bununla bağlı danışıqlar yekun mərhələdədir. Lakin planımız növbəti mövsümdən etibarən "Quba" adı altında fəaliyyət göstərməkdir".
Turlar.az [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA