Bu gün 5 güləşçimiz Olimpiya lisenziyası uğrunda mübarizəyə başlayır
Bu gün Bakıda güləş üzrə olimpiya lisenziya turnirində qadın güləşçilər mübarizəyə başlayacaqlar.
KONKRET.azxəbər verir ki, sərbəst güləş üzrə turnirdə Azərbaycanın 5 idmançısı mübarizəyə qoşulacaq. Mariya Stadnik (50 kq) və Jalə Əliyevə (57 kq) startdan azaddırlar və ilk görüşlərini 1/4 finalda keçirəcəklər.
Digər 3 idmançımız – Elnura Məmmədova (53 kq), Birgül Sultanova (62 kq) və Elis Manolova (68 kq) isə yarışa təsnifat mərhələsindən (şərti olaraq 1/8 final) start verəcəklər. E.Məmmədova bu mərhələdə Veronika Ryabovolova (Makedoniya), B.Sulanova Amelin Duarre (Fransa), E.Manolova isə Mimi Xristova (Bolqarıstan) ilə qarşılaşacaq.
Təsnifat mərhələsi saat 10:30-da, yarımfinallar 18:00-da başlanacaq. Qeyd edək ki, yarımfinalın qalibləri 2024-cü ildə Parisdə keçiləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar. Bakı turnirində final olmayacaq.
Əlavə edək ki, dünən ilk mübarizəyə qoşulan 4 yunan-Roma güləşçimizdən (Beka Kandelaki, Nihat Məmmədli, İslam Abbasov və Murad Əhmədiyev) heç biri lisenziya qazana bilməyib.

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
Mariya Şarapova Bakıya gəlir
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto