Bu gün 9 cüdoçumuz tatamiyə çıxacaq
Bu gün Azərbaycanın daha 9 cüdoçusu Bakıda keçirilən "Böyük Dəbilqə" turnirində tatamiyə çıxacaq.
KONKRET.az xəbər verir ki, ikinci yarış günündə Aytac Qardaşxanlı (63 kiloqram) və Günel Həsənli (70 kiloqram) 1/16 finaldan mübarizəyə başlayacaqlar.
Onlar müvafiq olaraq, Zulhumar Daşkinova (Türkmənistan) və Aleksandra Samarciçlə (Bosniya və Herseqovina) üz-üzə gələcəklər.
Kişilərin yarışında isə 1/16 finalda Hidayət Heydərov (73 kiloqram) Karim Adarvez (Argentina), Rəşid Məmmədəliyev (73 kiloqram) Tohar Butbul (İsrail), İbrahim Əliyev (73 kiloqram) Hamad Suleyman (Səudiyyə Ərəbistanı), Səid Mollayi (81 kiloqram) Mustafa Həbib (Bosniya və Herseqovina), Zelim Tçkayev (81 kiloqram) Abdulelah Albali (Səudiyyə Ərəbistanı), Ömər Rəcəbli (81 kiloqram) Mohammed Alharbi (Səudiyyə Ərəbistanı) ilə qarşılaşacaq.
Nurlan Osmanov (73 kiloqram) isə mübarizəyə təsnifat mərhələsindən başlayacaq. Onun ilk rəqibi Xorxe Qarsiya (İspaniya) olacaq.
Qeyd edək ki, ötən gün Azərbaycanın iki cüdoçusu – Balabəy Ağayev (60 kiloqram) və Yaşar Nəcəfov (66 kiloqram) bürünc medalın sahibi olublar.
Azərbaycan fevralın 18-dək davam edəcək turnirdə 32 cüdoçu ilə təmsil olunur.

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
Mariya Şarapova Bakıya gəlir
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto