Bu gün ABŞ-ın Oklahoma ştatında Azərbaycanın Respublika Günüdür - FOTO

Bu gün ABŞ-ın Oklahoma ştatında Azərbaycanın Respublika Günüdür - FOTOABŞ-ın Oklahoma ştatının qubernatoru Kevin Stitt Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ildönümü münasibətilə bəyannamə imzalayıb.
Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən Publika.az-a verilən məlumata görə, bəyannamədə 1918-ci il 28 may tarixində Azərbaycan Demokratik Respublikasının elan edildiyi və 1991-ci il 18 oktyabr tarixində Azərbaycanın müstəqilliyini bərpa etdiyi xatırlanır, müstəqil Azərbaycanın atdığı mütərəqqi addımlar vurğulanır və Azərbaycanın həm ABŞ, həm də Oklahoma ştatı ilə tərəfdaşlığı təqdir olunur.
2021-ci ildə Azərbaycanın Oklahoma ştatı ilə Ştat Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlığının 18-ci ildönümümün tamam olduğu və Oklahoma Milli Qvardiyasının cəlb olunduğu bu tərəfdaşlığın iqtisadiyyat, neft, təbii qaz və kənd təsərrüfatı kim sahələri əhatə etdiyi qeyd olunur.
Həmçinin 2021-ci ildə Azərbaycanın Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ilə tərəfdaşlığının 27-ci ildönümünü qeyd etdiyi və Azərbaycanın terrorçuluğa qarşı mübarizə məqsədilə ABŞ-a davamlı dəstək və yardım göstərdiyi vurğulanır. Bəyannamədə Azərbaycan əhalisinin əksəriyyəti müsəlman olan birinci dövlət kimi qadınlara səsvermə hüququnu təmin etdiyi və bir sıra proqressiv tədbirlər həyata keçirdiyi qeyd olunur.
Azərbaycanın ABŞ ilə enerji təchizatının şaxələndirilməsi və regional təhlükəsizliyin gücləndirilməsi sahələrində birgə maraqlar bölüşdüyü diqqətə çatdırılır. Eyni zamanda Azərbaycanın sülh, rifah, təhlükəsizlik və sabitliyin təmin edilməsinə sadiqliyi nəticəsində regionda lider dövlətə çevrildiyi və bu cür liderliyin müxtəlif sahələrdə imkanlar yaratdığı vurğulanır. Sonda bəyannamədə Azərbaycan Oklahomanın yaxın dostu, müttəfiqi və tərəfdaşı kimi xarakterizə olunur.
Azərbaycan 2003-cü ildən Oklahoma Milli Qvardiyası ilə Ştat Tərəfdaşlıq Proqramına malikdir. Bu əməkdaşlıq çərçivəsində Azərbaycanın aidiyyəti qurumları ilə dialoq aparılır və NATO qüvvələri ilə uyarlılığın artırılması, fövqəladə halların aradan qaldırılması, tibbi imkanları genişləndirilməsi, kənd təsərrüfatı kimi sahələrdə təcrübə mübadiləsi və praktik layihələr həyata keçirilir.
2019-cu ildə Oklahomada Azərbaycanla kənd təsərrüfatı forumu keçirilib, 2020-ci ildə Oklahoma Ştat Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında Azərbaycan tələbələrinin Oklahomada ştat-daxili qiymətlərlə təhsilinə imkan yaradan birgə proqram təsis edilib. Hazırda Oklahoma ilə bərpa olunan enerji mənbələrindən istifadə, kənd təsərrüfatı, o cümlədən taxılçılıq və maldarlıq kimi sahələrdə əlavə əməkdaşlıq, eyni zamanda Oklahoma şirkətlərinin Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpası layihələrinə cəlb olunması imkanları nəzərdən keçirilir.

Dünya       Tarix: 28 may 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Qara dənizdən Rusiyaya BÖYÜK HÜCUM SSENARİSİ ortaya çıxdı: F-35-lər

Çinin "Sohu" portalının köşə yazarı Qara dənizdən ən son ABŞ-ın F-35 qırıcılarının kütləvi hava hücumuna Moskvanın mümkün cavabını proqnozlaşdırıb. xəbər verir ki, müəllif ABŞ və NATO-nun qoşunlarını Rusiyanın cənu

2021-ci ilin ən varlı 10 insanı - SİYAHI

"Bloomberg" 2021-ci ildə dünyanın ən varlı iş adamlarının siyahısını hazırlayıb. Pandemiyaya baxmayaraq onlar ötən il də maddi güclərini artırmağı bacarıblar. xəbər verir ki, siyahıda birinci "Tesla" v

2021-ci ilin ən DƏHŞƏTLİ MÜHARİBƏLƏRİ: yüz minlərlə ölü... - SİYAHI

2021-ci ildə baş verən müharibələr yüz minlərlə insanın ölümünə səbəb olub. ABŞ-ın savaş qurbanlarının sayına görə "Müharibə Statistikaları Analitik Mərkəzi"nin sıraladığı və yayımladığı siyahını təqdim edir:. Birinc

ABŞ 20-dən çox rus PUA-sını vurdu

Suriya və Ukrayna üzərində uçan rus istehsalı "Lancet" pilotsuz aparatları naməlum silahlarla vurulub. -a istinadla xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb. Rusiyanın PUA texnologiyasını öyrənmək istəyə

"Taliban"la Türkmənistan sərhədçiləri arasında TOQQUŞMA

Ötən ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatının silahlıları ilə Türkmənistan sərhədçiləri arasında atışma olub. Bu barədə Əfqanıstanın "Hasht-e subh" qəzeti yazıb. Qəze

Türkiyə buna görə Ermənistana MÜRACİƏT ETDİ

Türkiyənin "Pegasus" aviaşirkəti İstanbul-İrəvan reyslərinin həyata keçirilməsi üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib. xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəsi Nazirliyinin mətbua

Türkiyə Ordusu çox sayda terrorçunu zərərsizləşdirdi

"Sülh Çeşməsi", "Zeytun Budağı" və "Fərat Qalxanı" əməliyyat bölgələrində təxribat atəşi açan və əraziyə sızmağa cəhd edən 6 PKK/YPG terrorçusu zərərsizləşdirilib. xəbər verir ki, bu barədə Türkiy

Ermənistan Azərbaycana görə Zəngəzurun mərkəzini dəyişir

Ermənistan hökuməti Zəngəzur (erməni dilində Sünik) bölgəsinin mərkəzini Qafan şəhərindən Sisian (Qarakilsə) şəhərinə köçürmək istəyir. xəbər verir ki, Ermənistan mediası hazırda bununla bağlı müzakirələrin getdiyini yazır

Vyana danışıqları bərpa edildi

Vyanada Birgə Hərtərəfli Fəaliyyət Planının tam fəaliyyətini bərpa etmək üçün danışıqlar bərpa olunub. xəbər verir ki, bunu Rusiyanın Vyanada beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib. "Qıs


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeber xəbər.az cəbhədən canlı xeberler bu gun