Bu gün Azərbaycan derbisi var
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında birinci dövrəyə yekun vurulacaq.
KONKRET.az xəbər verir ki, IX turun daha iki oyunu baş tutacaq.
İlk olaraq "Sumqayıt" "Kəpəz"i qəbul edəcək. Rəqiblərindən bir görüş az keçirən "gənclik şəhəri" təmsilçisi səkkiz xalla 7-ci, Gəncə klubu isə beş xalla sonuncu-10-cu pillədə qərarlaşıb.
Tur "Neftçi" və "Qarabağ" arasında keçiriləcək Azərbaycan derbisi ilə başa çatacaq. "Köhlən atlar" 16 xalla üçüncü, "ağ-qaralar" 12 xalla beşinci sıradadır.
8 oktyabr (bazar)
16:30. "Sumqayıt" – "Kəpəz"
Hakimlər: Emin Əliyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Rüfət Əmirov
"Kapital Bank Arena"
19:30. "Neftçi"– "Qarabağ"
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Vüsal Məmmədov, Rauf Allahverdiyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
"Neftçi Arena"
Qeyd edək ki, IV turun digər matçlarında "Zirə" "Turan Tovuz"u (2:1), "Səbail" "Qəbələ"ni (1:0) məğlub edib. "Sabah" – "Araz-Naxçıvan" qarşılaşmasında qalib müəyyənləşməyib – 1:1.
Turlar.az [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi