Bu gün Çempionlar Liqasında yarımfinalçılar BƏLLİ OLACAQ
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab matçlarına start veriləcək.
KONKRET.az xəbər verir ki, bununla da yarımfinalın ilk iki iştirakçısı bəlli olacaq.
Turnirin əsas favoritlərindən olan "Real" bu dəfə Madriddə Çempionlar Liqasının son qalibi "Çelsi"ni qəbul edəcək. Londondakı ilk matçda 3:1 hesablı qələbə qazanan madridlilər matça daha rahat çıxacaqlar.
Gecənin digər matçında "Bayern" Münhendə ilk görüşdə gözlənilmədən məğlub olduğu "Vilyareal"ı qəbul edəcək. Almaniya çempionu İspaniya klubunun sensasiya edərək yarımfinala çıxmasının qarşısını almağa çalışacaq.
Münhen təmsilçisindən Niklas Züle, Erik Şupo-Motinq və Korenten Tolisso zədəlidirlər. Qonaqlardan isə Alberto Moreno eyni səbəbdən oyunu buraxacaq. Bulaye Dianın isə matçda iştirakı sual altındadır.
Çempionlar Liqası
1/4 final (cavab oyunları)
12 aprel
23:00 "Real" (İspaniya) – "Çelsi" (İngiltərə)
Baş hakim: Şimon Marçinyak (Polşa)
İlk oyun – 3:1
Oynamayacaqlar: Eden Azar, İsko, Eder Militao, Xesus Valyexo (hamısı "Real"), Ross Barkli, Ben Çilvell, Kalum Hadson-Odoy, Romelu Lukaku (hamısı "Çelsi")
23:00 "Bayern" (Almaniya) – "Vilyareal" (İspaniya)
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
İlk oyun – 0:1
Oynamayacaqlar: Erik Şupo-Motinq, Buna Sarr, Niklas Züle, Korenten Toliso (hamısı "Bayern"), Alberto Moreno
Oynayacağı sual altında olan: Bulay Dia
Turlar.az [newsid: 0-123300]

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu