Bu hadisənin sifarişçiləri cəmiyyətdə xof, qorxu yaratmaq istəyirlər' - Rəşad Məcid
"Bu hadisənin sifarişçiləri cəmiyyətdə xof, qorxu yaratmaq istəyirlər".
azxeber.com xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri Rəşad Məcid millət vəkili Fazil Mustafaya qarşı törədiləri dəhşətli sui-qəsd faktına münasibət bildirərkən deyib: "Millət vəkili, əziz Fazil Mustafaya şəfa arzulayıram. Keçmiş olsun! Bu hadisələrin sifarişçilərinin dövlətimizə qarşı inamsızlıq, cəmiyyətdə xof, qorxu yaratmaq istəyi aydın məsələdir.
Bəzilərinin o dəqiqə emosionallıqdan , yaxud qəsdən dövlətimizi zəiflikdə qınaması düşmənin niyyətini yelpikləməkdir.
Yaxın tariximizdə belə hadisələrin olmadığını demək də məlumatsızlığın nəticəsidir; son vaxtlar baş verənlərdən də betər terror hadisələrinin şahidi olmuşuq.
Hamısının da arxasında dövlətimizə təzyiq göstərmək , iradəsini sındırmaq istəyənlərin nəfəsi duyulub.
Necə məkrli düşmənlərlə üz-üzə olduğumuzu dərk edib, həmrəyliyimizi, birliyimizi qorumalı, dövlətimizin müdafiəsində sıx durmalıyıq.
Tanrı Dövlətimizi qorusun!"

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Millimiz Moldova yığmasına uduzdu
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi