Bu il Bakıda yeni metrostansiya açılacaq? - RƏSMİ

Bu il Bakıda yeni metrostansiya açılacaq? - RƏSMİBənövşəyi xəttin 4-cü yeraltı stansiyasının platforması qazılır. "8 Noyabr"a aparan yolların da qurulmasına başlanılıb.
azxeber.com BAKU.WS-ə istinadən xəbər verir ki, eskalator, lift, elektrik yarımstansiyası, ventilyasiya və digər sistemlərin də sifarişi ilə bağlı işlər plan üzrə başlanıb.
Yeni stansiyanın tikinti işləri üzrə işlərin sürətlənməsi və yeni mərhələyə qədəm qoyması şərti adı "B-4" olan stansiyanın bu il ərzində istifadəyə veriləcəyi ilə bağlı müzakirələrə səbəb olub. 
Mövzu ilə bağlı "Bakı Metropoliteni" QSC-yə müraciət etdik və bu il yeni stansiyanın açılmaq ehtimalının olub-olmadığını müəyyənləşdirdik. Metropolitenin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə bildirib ki, yolların qurulmasına başlanılıb və metropolitenin bənövşəyi xəttinin "Memar Əcəmi", "8 Noyabr" stansiyaları və hazırda "B4" stansiyası quruntda divar üsulu ilə inşa olunur:
"Bu inşaat üsulunun fərqi ondan ibarətdir ki, tunellər əvvəlcədən qazılır. Həmin stansiyanın altından tunel qazma kompleksi keçməzdən əvvəl stansiyada quruntda divar məsələləri həllini tapır. Yəni, müvafiq dayaqlar qurulur və bu qayda ilə stansiya inşaasına başlamazdan əvvəl tunellər tam qazılmış və hazır vəziyyətdə olur.
Bu səbəbdən yol infrastrukturunun qurulması ilə bağlı işlərə stansiya ilə paralel olaraq başlanılır. Bu il yeni stansiyanın istifadəyə veriləcəyini demək olmaz. Çünki stansiyanın inşaası, təchizatı, infrastrukturunun qurulması ilə bağlı işlər yaxın iki il ərzində aparılacaq".

Sosial       Tarix: 30 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezennesi son xeberler bugun 2026 muharibe enson xeberler metbuat xeberleri