Bu il maaş və pensiyalar nə qədər artırıla bilər? - Rəqəmlərlə bağlı AÇIQLAMA

Bu il maaş və pensiyalar nə qədər artırıla bilər? - Rəqəmlərlə bağlı AÇIQLAMANazirlər Kabinetində 2023-cü ilin dövlət büdcəsi layihəsinin müzakirəsi keçirilib. Burada sosialyönümlü xərclərə, maaş və pensiyaların artırılmasına da vəsait nəzərdə tutulub. Bəs görəsən maaş və pensiyalar nə qədər artırıla bilər? Builki artım hazırkı bahalaşmanı konpensasiya edə biləcəkmi?
Mövzunu KONKRET.az-a şərh edən iqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, hökumət keçən il inflyasiyanı konpensasiya etmək üçün  minimum pensiya və əmk haqqını, eləcə də büdcədən maliyyələşən işçilərin maaşını 20 faiz artırdı: "Bu il inflyasiya 13-14 faiz ətrafındadır. Ona görə də hesab edirəm ki, builki artım 10-15 faiz arasında ola bilər. Daha 20 faiz artımın olacağını düşünmürəm. Əgər 15 fazi artım olsa, builki inflyasiyanı konpensasiya etmək mümkünləşər. Amma məsələ ondan ibarətdir ki, xüsusən ərzaq inflyasiyası son 12 ayda 22 faizə çatıb. Əhalinin gəlirləri aşağı olan hissəsinin xərcləmələrində isə ərzaq xərcləri çoxdur. Ona görə də, hökumət bahalaşmanı konpensasiya etmək istəyirsə, əməkhaqqı və ödənişləri ən azı 20 faiz artırmalıdır".
Bu il maaş və pensiyalar nə qədər artırıla bilər? - Rəqəmlərlə bağlı AÇIQLAMAMövzu ilə bağlı fikirlərini bölüşən iqtisadçı Fərid Mehralızadə isə bildirib ki, son illərin təcrübəsində hökumətin minimum əməkhaqqını 50 manat artırdığını görə bilərik: "Bu baxımdan düşünürəm ki, yenidən 50 manat civarında əməkhaqqı artımından söhbət gedəcək. Amma inflyasiyaya görə, bunun insanların rifahına təsirini məhdud hesab edirəm. Çünki Azərbaycanda çox ciddi miqyasda kölgə iqtisadiyyatı və qeyri-rəsmi məşğulluq var. Minimum əməkhaqqı alan admlar iqtisadi fəal əhalinin cəmi 30 faizini təşkil edir. Yəni ölkədə 5 milyon 300 min iqtisadi fəal əhali varsa, onun təxminən 1 milyon 700 min nəfəri əmək müqaviləsi ilə çalışır. 1 milyon 700 min insanın isə təxminən 600 minə yaxını minimum əməkhaqqı alır. Qeyri-rəsmi məşğulluğun səviyyəsi yüksək olduğundan artımlar yetərli olmayacaq".
Bu il maaş və pensiyalar nə qədər artırıla bilər? - Rəqəmlərlə bağlı AÇIQLAMAİqtisadçının sözlərinə görə, pensiya ilə bağlı ötən ilin təcrübəsi göstərdi ki, hökumət daha çox minimum pensiya kapitalını artırır: "Bu da pensiyaçıların kiçik bir hissəsini əhatə edir. Amma hökumət hər rüb üçün 50 manat bonus ayırmaqla vəziyyəti yaxşılaşdırmağa çalışdı. Düşünürlər ki, büdcəyə gözlənildiyindən artıq gəlir daxil olursa, bu addımı atmaq olar. Amma pensiyalara birdəfəlik artımı isə gələcək illərdə də qarşılamaq lazım gələcək. Düşünürəm ki, risk amilini nəzərə alaraq yenidən rüblük ödənişlər həyata keçirilə bilər. Amma bunun nə qədər yetərli olacağı sual altındadır".
Müşviq Tofiqoğlu,
KONKRET.az

Sosial       Tarix: 23 sentyabr 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət


yeni xeberler azerbaycan xeberleri son xeberler son xabarlar valyuta məzənnələri futbol xeberleri xeberler bugun