Bu işçilərin əmək haqqı artdı
2023-cü il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1719,8 min nəfər olmuş, onlardan 890,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 828,9 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
KONKRET.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, muzdla işləyənlərin 18,9 faizi təhsil, 18,6 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 faizi tikinti, 6,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,7 faizi peşə, elmi və texniki fəaliyyət, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1 faizi maliyyə və sığorta fəaliyyəti, 14,7 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
2023-cü ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,2 faiz artaraq 919,8 manat olmuşdur. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Yay Dəli-Dolu gəlir
Azərbaycanda yumurta ucuzlaşdı - 1 qəpiyə satılır
Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA
Azərbaycanda orta aylıq maaş artdı - Amma
Anar İsrafilov vəzifədən getdi
Brüsseldən Rusiya ilə bağlı Ankaraya ŞOK TƏLƏB
Azercell-in "Premium" abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edildi
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
Zaqatalada su hovzunu təmir edən kişi yanıb
Pezeşkian onunla ABŞ ilə aparılan danışıqları müzakirə etdi
Dünya bu tarixdə tam qaranlığa qərq olacaq
Bu gün yay Azərbaycana daxil olacaq
Yay aylarında bu balıqları yeməyin
Avroviziya' qalibi Bakıya gəlməkdən imtina etdi