Bu komanda Zəfər Kubokunun QALİBİ OLDU
İdman Araşdırmalar Mərkəzi (İAM) və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında minifutbol üzrə Zəfər Kubokunda bu gün final oyunu keçirilib.
KONKRET.az xəbər verir ki, mayın 4-də – İAM-ın yaradılmasının ildönümündə start götürən turnirin həlledici qarşılaşması iyunun 19-na – mərhum jurnalist və idman xadimi Elnur Əşrəfoğlunun anadan olmasının 48-ci ildönümünə təsadüf edib. Bu münasibətlə təşkilatçılar və iştirakçı komandaların nümayəndələri saat 10:00-da mərhumun ailə üzvləri ilə birlikdə E.Əşrəfoğlunun Saray qəbiristanlığındakı məzarını ziyarət ediblər.
Final görüşündən öncə Bakı Olimpiya Stadionunun tribunalı qapalı meydançasında Milli Məclisin deputatları ilə I Qarabağ və 44 günlük Vətən müharibəsində iştirak etmiş jurnalistlərdən ibarət "Suqovuşan" komandası arasında yoldaşlıq oynanılıb. Qarşılaşma jurnalistlərin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Ardınca isə "Xocavənd" və "Ağdam" komandaları arasında final oyunu təşkil olunub. Milli Məclisin deputatları bu qarşılaşmada da fəxri qonaq qismində iştirak ediblər. Fəxri qonaqlar sırasında "Qəbələ" futbol klubunun prezidenti Fariz Nəcəfov, Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti Faiq Qarayev, minifutbol üzrə Avropa çempionluğu qazanmış Azərbaycan milli komandasının üzvləri, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, "TT Fight Club"un direktoru Şəhriyar Abbasov da qatılıblar.
Bundan başqa Elnur Əşrəfoğlunun, eləcə də şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun ailə üzvləri də final oyununa dəvət olunublar. Onlara təşkilatçılar və "TT Fight Club"un direktoru Şəhriyar Abbasov tərəfindən xatirə hədiyyələri təqdim olunub.
Həlledici oyunda "Xocavəndə" 3:1 hesabı ilə qalib gələn "Ağdam" Zəfər Kubokunun qalibi olub. Matçda hesabı "Xocavənd" futbolçuları açıblar. Fərid Məmmədov fərqlənib. Lakin onların qol sevinci cəmi 1 dəqiqə çəkib. Elvin Rüstəmov tarazlığı bərpa edib. Az sonra isə Mirbağırağa Cəfəri dəqiq zərbə ilə hesabı "Ağdam"ın xeyrinə dəyişib. İkinci hissənin ortalarında növbəti dəfə fərqlənən Cəfəri həm dublunu, həm də yekun nəticəni müəyyənləşdirib.
Qeyd edək ki, Zəfər Kuboku İAM-ın təşkilatçılığı, Azərbaycanın ilk qanuni mərc saytı ETOPAZ-ın baş sponsorluğu, "Huner Group"un sponsorluğu, TOC klinikası və "Kəhriz Su" şirkətinin tərəfdaşlığı, "Report" agentliyinin informasiya dəstəyi ilə təşkil olunub.
Turlar.az [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi