Bu məhsullar payızda bahalaşacaq - Səbəbi məlum oldu
Hazırda ölkə bazarlarında meyvə və tərəvəzin mövsümi qiymətlərdən olduqca baha satılması müşahidə olunur. Qiymət artımı daha çox pomidor, xiyar kimi tərəvəzlərdə, o cümlədən bir çox mövsümi meyvələrdə özünü göstərir. Satıcılar qiymətlərin yüksək olmasını müxtəlif səbəblərlə izah edirlər. Lakin görünən odur ki, yayın sonuna kimi, ucuzlaşma gözlənilən deyil.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, hazırda kənd təsərrüfatı məhsulları üçün olduqca əlverişsiz hava şəraiti davam etməkdədir:
"Bahalığın əsas səbəbi kənd təsərrüfatı üçün qeyri-sabit və əlverişsiz hava şəraitinin davam etməsidir. Hələ avqust ayıdır, amma ardıcıl bir həftə yay havası görmürük. Yağış, dolu, külək bütün bitkilərin yerüstü hissələrini zədələyir, üzərindəki meyvəni tökür. Buna görə də ölkə ərazisində bostan-tərəvəz bitkilərinin məhsuldarlığı aşağı düşüb. Bu səbəbdən də bazarda bostan bitkilərinin qıtlığı müşahidə olunur. Bu qıtlıq bazardakı qiymətlərə təsir edir, meyvə-tərəvəzin qiymətlərinin bahalaşmasına gətirib çıxarır. Ölkə bazarlarında tələb təklifi üstələyir. Tələb çoxdur, təklif isə olduqca azdır. Belə bir şəraitdi təbii olaraq, qiymət bahalaşır".
Ekspertin fikrincə, hazırki bahalaşma tendensiyası payız aylarında da davam edəcək:
"Üstəgəl, keçən illə müqayisədə bu il qiymətlər bir qədər artıb. Bütün məhsullarda bu artım özünü göstərir. Yəni köhnə, ənənəvi təsirlər yerində qaldığı halda, hava şəraitinin zərərləri də bura əlavə olunur. Bu zərərlər il boyu öz təsirini göstərəcək. Yay mövsümü artıq başa çatır və biz hələ bolluq görməmişik. Payız aylarında da eyni tendensiya davam edəcək. Çünki payızda yetişən meyvələr hazırda kal şəkildə ağacların üzərindədir. Onlar da eyni hava şəraitində həmin zərərli görüb. Bu səbəbdən bahalaşma bizi payızda da gözləyir". / azxeber.com
Xidmetler [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam