Bu müəllimlərin maaşı 30 faiz ARTACAQ - VİDEO

Bu müəllimlərin maaşı 30 faiz ARTACAQ - VİDEOBu gündən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə start verilib. Prosesə ilkin mərhələdə 11 min ibtidai sinif müəllim cəlb edilib. Sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahani mərhələsində 50 baldan yuxarı nəticə göstərən müəllimlərin vəzifə maaşına 35 faiz, keçid balını toplayanların maaşına isə 10 faiz aylıq əlavələr ediləcək.
azxeber.com xəbər verir ki, proses 30 avqust - 1 sentyabr tarixlərini əhatə edəcək.
Sertifikatlaşdırma prosesinə ilkin mərhələdə ibtidai sinif müəllimləri cəlb edilib. Test imtahanı mərhələsində namizədlərə 60 sual təqdim olunur. Hər bir düz cavab 1 balla qiymətləndirilir. Səhv cavablar düz cavablara təsir etmir. Cavablandırılmayan suallar isə sıfır bal kimi qeyd olunur. İmtahanda 30 və daha artıq bal toplayanlar müsahibə mərhələsinə buraxılacaq. Həmin mərhələdə minimum 20 bal toplayan namizədlər sertifikatlaşdırılmış hesab ediləcək.
İmtahanda iştirak edən müəllimlər sualların çətin olmadığını bildiriblər.
Təhsil İnstitutunun direktoru Rüfət Əzizov deyib ki, sertifikatlaşdırma prosesi müəllimlərin maaşlarına təsir edəcək.
Hər il təxminən 35 min müəllimin sertifikasiyaya cəlb edilməsi nəzərdə tutulub və 2026-cı ilə qədər bütün müəllimlər prosesdən keçəcək. İlk mərhələdə uğur qazanmayan müəllimlərə 1 il sonra təkrar sertifikatlaşdırmada iştirak imkanı yaradılacaq. Təkrar sertifikatlaşdırmada iştirak edənədək həmin müəllimlərin dərs yükü və maaşları azaldılmayacaq.

Sosial       Tarix: 31 avqust 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

​Yay aylarında bu balıqları yeməyin

Sağlam və balanslı qidalanmanın əsas şərtlərindən biri olan balıq, tərkibindəki omeqa-3, vitamin və minerallarla hər fəsildə süfrələrimizin bəzəyinə çevrilir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, yay aylarında dəniz suyunu

Pensiya artımı ilə bağlı mühüm xəbər

"Hazırda pensiyalar məbləğindən asılı olmayaraq eyni faizlə indeksləşdirilir. Orta aylıq əməkhaqqının artım tempi 8 faiz olarsa, bütün pensiyalar da eyni – 8 faiz səviyyəsində artırılır". xəbər verir ki, bunu "

Nazir rəisi vəzifəsindən azad etdi - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Ziya Əfsərov vəzifəsindən azad olunub. "Qaynarinfo"ya istinadən xəbər verir ki, bununl

Qara qızıl dəyər itirir: Dünya bazarlarında eniş

Dünya enerji bazarlarında neftin qiymətində azalma müşahidə olunub. xəbər verir ki, "ICE London" birjasında keçirilən hərraclarda "Brent" markalı neftin 2026-cı ilin iyul fyuçersləri 0,79% ucuzlaşara

Kanalda batan 23 yaşlı gəncin meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şirvan suvarma kanalının İsmayıllı rayonunun Qubaxəlilli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Nazirliyin mətbuat xidmətində

Ölümündən sonra təltif edilən polkovniklər

Prezident İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra təltif edilənlər arasında yüksəkrütbəli hərbi qulluqçular da var. xəbər verir ki, onlardan üçü polkovnik-leytenantdır. . Tibb xidməti polkovnik-leytenantı Abdullaye

Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı

İyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar Bakı şəhərinin mərkəzi küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunacaq. Bakı şəhə

Belə maşınları alanların yanacaq xərci 80 faiz azalır - Açıqlama

Elektrikli avtomobillərin sayının sürətlə artması dünyada nəqliyyat sektorunda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bu tendensiya təkcə ekoloji baxımdan deyil, həm də iqtisadi, texnoloji və sosial sahələrdə mühü

AMB iyunun 22-nə olan rəsmi məzənnələri açıqladı - Dollar və avro neçəyədir?

Azərbaycan Mərkəzi Bankı (AMB) iyunun 22-nə qüvvədə olan rəsmi valyuta məzənnələrini elan edib. -a AMB-dən verilən məlumata əsasən, ABŞ dollarının məzənnəsi sabit qalaraq 1,700 manat təşkil edib. Digər əsas valyutalara gəlincə


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezennesi sonxeber az xeber.az 2026 cəbhədən ən son xəbərlər