Bu ölkə İraq və Suriyadan çəkilir
Danimarka Müdafiə Nazirliyi bütün əsgərlərini və hərbi müşavirlərini İraq və Suriyadan geri çəkməyə qərar verib.
KONKRET.az xəbər verir ki, Ərbil mərkəzli "Rudaw" xəbər agentliyinin məlumatına görə, İŞİD-ə qarşı Beynəlxalq Mübarizə Koalisiyasının tərkibində İraq və Suriyada əsgərləri olan Danimarka bu qərarı "ölkə sərhədlərinə yaxın təhdidlərlə mübarizə" məqsədilə verdiyini bildirib.
Nazirlikdən verilən açıqlamada İraq və Suriyada İŞİD üzvlərinin sayının azaldığı qeyd olunub:
"Bizim töhfəmizə artıq eyni dərəcədə ehtiyac yoxdur".
Danimarka Müdafiə Nazirliyinin bəyanatında "qabaqcıl təhdidlərə" diqqət çəkilib: "Yaxın çevrəmizdə gördüyümüz təhdidlərə qarşı mübarizə aparmaq üçün döyüş gücümüzü yenidən qurmalıyıq".
Qeyd edək ki, 2014-cü ilin iyul ayından İŞİD-ə qarşı Beynəlxalq Mübarizə Koalisiyasına üzv olan Danimarkanın İraq və Suriyada 300 əsgəri və hərbi məsləhətçisi var idi.
Musavat.com

"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi