Bu ölkə Liviyaya ordu yeridir: Türkiyəyə qarşı cəbhə genişlənir
Misir Prezidenti Əbdülfəttah əs-Sisi orduya ölkə daxilində və xaricində əməliyyatlara hazır olmaq çağırışı edib.
Publika.az xəbər verir ki, ölkənin qərbindəki hərbi hava qüvvələrinin bölüklərini ziyarət edən Sisi "Burada, sərhədlərimizin içində və ya lazım olarsa, sərhədlərimizin xaricində istənilən əməliyyata hazır olun" deyə bildirib.
"Liviyaya müdaxilə etmək məsələsində həmişə tərəddüd edirdik, amma indi vəziyyət fərqlidir. Misir dövləti tərəfindən birbaşa müdaxilə artıq beynəlxalq hüquqa uyğundur", - o bildirib.
Qeyd edək ki, Misirin qərbdə Liviya ilə 1200 kilometr uzunluğunda sərhədi var. Liviyada Türkiyə Milli Razılıq Hökumətini dəstəkləyir. BMT tərəfindən qəbul edilməyən Xəlifə Haftarın Liviya Milli Ordusu adlandırılan qüvvələri isə Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və Misir tərəfindən dəstəklənir. Yaxın Şərqdə təsir gücünə görə vacib ölkələrdən olan İran bu gün Liviyada Milli Razılıq Hökumətini dəstəklədiyini bəyan edib. Dini lider Ayətullah Xomeneinin hərbi müşaviri general Hüseyn Dehqan bildirib ki, "Liviyada beynəlxalq ictimaiyyətin tanıdığı Milli Razılıq Hökumətini dəstəkləyir və bu ölkədə problemin siyasi həll yolu ilə həll edilməsini istəyirik".
Asif

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi