Bu ölkədə 96 min insan yaşayış yerlərini TƏRK ETDİ
Son beş ayda silahlı dəstələrin fəaliyyətinin intensivləşməsi ilə əlaqədar ən azı 96 min Haiti vətəndaşı öz yaşayış yerini tərk etmək məcburiyyətində qalıb.
KONKRET.azxəbər verir ki, bu barədə cümə günü "Prensa Latina" agentliyi məlumat yayıb.
Bildirilib ki, köçənlərin əsas hissəsi hazırda cinayətkar qrupların nəzarətində olan paytaxt Port-o-Prens şəhərinin ətraf ərazilərində yaşanlardır.
Qeyd edək ki, Haitidə dərin iqtisadi böhran fonunda son aylarda təhlükəsizlik və humanitar vəziyyət kəskin şəkildə pisləşib.
Hökumətin yanacaq subsidiyalarını azaltmaq qərarından sonra silahlı dəstələr paytaxt Port-o-Prinsdə yanacaq terminalını mühasirəyə alaraq ölkədəki bütün iqtisadi fəaliyyətləri dayandırıblar.
Oktyabrın əvvəlində Haitinin Baş naziri Ariel Henri beynəlxalq ictimaiyyətdən silahlı dəstələrə və humanitar böhrana qarşı mübarizədə kömək istəyib. BMT Təhlükəsizlik Şurası Haitidəki ekstremist qruplara qarşı sanksiyalar və silah embarqosu tətbiq edib. Təşkilatın baş katibi Antonio Quterreş Haitidəki humanitar böhranın həlli üçün beynəlxalq qüvvələrin yerləşdirilməsi məsələsinə baxmağı təklif edib, lakin ölkənin bəzi siyasi qüvvələri xarici kontingentin gətirilməsinə qarşıdır.
İqbal Rzayev,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır