Bu ölkədə cümə namazına icazə verildi
Malayziyanın hakimiyyət orqanları iki ay davam edən fasilədən sonra ilk dəfə mayın 15-də məscidlərdə cümə namazının təşkilinə icazə verib.
Publika.az xəbər verir ki, bu barədə Dini məsələlər nazir Zulkifli Məhəmməd Əl-Bəkri bildirib.
"Koronavirusun yayılması ilə bağlı vəziyyətin daha sabit olduğu rayonlarda müəyyən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla, məscidlərdə cümə namazının bərpasına icazə verilir", - deyə nazir bildirib. Eyni zamanda qeyd edilir ki, cümə namazında imam istisna olmaqla, 30 nəfərin iştirakına icazə verilir. Bundan əlavə, məscidə giriş zamanı insanların temperaturu ölçüləcək və onlar haqqında şəxsi məlumatlar qeyd ediləcək.
Malayziyada hazırda 13 ştatdan 8-də yaşıl zona elan edilib. Bunu nəzərə alan hökumət Kuala Lumpur, Putracaya və Labuan kimi federal ərazilərdə yerləşən məscidlərdə dini ayinlərə icazə verib.
Xatırladaq ki, Malayziyada məscidlərdə cümə namazının qılınması martın ortalarında koronavirusa yoluxanların sayı kəskin artdıqdan sonra dayandırılıb.
Əlavə olaraq qeyd edək ki, son məlumatlara görə, Malayziyada 6 min 900-ə yaxın koronavirusa yoluxma halı qeydə alınıb. Onlardan 5 min 439-nun sağaldığı, 112 nəfərin isə öldüyü bildirilir.
Xidmetler [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək