Bu, Putin üçün ölüm deməkdir! - Oreşkin

Bu, Putin üçün ölüm deməkdir! - OreşkinRusiya Prezidenti Vladimir Putin müəyyən mənada istədiklərinə nail olub, amma nəticə, yəqin ki, onu həddindən artıq məyus edəcək. Putin istəyirdi ki, onu təhlükəli marginal hesab edən Qərb onunla danışsın, Qərb isə sanksiyalar dilində danışmağa başladı.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə rusiyalı politoloq Dmitri Oreşkin yazıb.
Onun sözlərinə görə, Qərb yüksək iqtisadi standartlara, hüququn aliliyinə və insan ləyaqətinə hörmətə əsaslanan həyat modelini təklif etməklə Putini çox qıcıqlandırır: "Bir çox ölkə həmin yolu seçməklə Rusiyanın təsir dairəsindən kənarda qalır. Belə ölkələr sırasında Ukrayna da var. Bütün bunların fonunda Putin və Rusiya əhəmiyyətini itirir. Rusiya liderinin özünə diqqət çəkmək istəyi də buradan qaynaqlanır. Putin ikinci dərəcəli ölkənin lideri kimi davranır: onunla danışmağa məcbur edən problemlər yaradır. O, hesab edir ki, bu, həm onu, həm də onun ölkəsini alçaldır, ona görə də hansısa yolla hamıya cavab verməyə çalışır".
Oreşkin, həmçinin bildirib ki, Putin Ukrayna ilə müharibəyə başlamayacaq, çünki onun özünü qoruma instinkti çox inkişaf edib və o anlayır ki, müharibə həm Rusiya, həm də şəxsən onun özü üçün yüz faizlik ölüm deməkdir.

Dünya       Tarix: 03 may 2021
f Paylaş

Oxşar xəbərlər

Rusiya qırıcıları İdlibi bombaladı

10 ildən artıqdır ki, zorakılıq və xaosun davam etdiyi Suriya yeni ildə qarşıdurmalara və hücumlara səhnə olur. "Reuters" Rusiya qırıcılarının ötən gecə İdlibi bombaladığı barədə xəbər yayıb. xəbər verir ki, "Reuters"

Böyük Britaniyada rekord sayda yoluxma qeydə alındı

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 218 724 yoluxma halı qeydə alınıb. "Sinxua"ya istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər. Məlumata əsasən, ölkədə koronavirus

Haitinin Baş nazirinə sui-qəsd cəhdi oldu

Naməlum şəxslər Haitinin Baş naziri Ariel Anriyə qarşı sui-qəsd törətmək istəyiblər. "Telesur" kanalına istinadla xəbər verir ki, hadisə Qonaiv şəhərində ölkənin 218 illiyi münasibətilə keçirilən tədbirdə baş verib

Səudiyyə Ərəbistanı yeni ili qarla qarşıladı

Səudiyyə Ərəbistanının Tabuk regionunun sakinləri Yeni ilin ilk gününü xoş sürprizlə qarşılayıblar. rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, Cəbəl Əl-Ləvz bölgəsinə yağan qar krallığın vətəndaşlarını bu bölgəyə cəl

Bazar qiyməti 3 trilyon dolları keçən ilk şirkət açıqlandı

"Apple" şirkətinin səhmləri təxminən 3 %-ə yaxın artıb, şirkətin kapitallaşması ilk dəfə olaraq 3 trilyon ABŞ dollarını ötüb. Bu, tarixdə ilk dəfə olaraq şirkətin bazar qiymətinin bu həddi aşmasıdır. xarici KİV-

İsrail bu şəxslərə "yaşıl işıq" yandırdı - Ölkəyə daxil ola bilərlər

İsrail yanvarın 9-dan vaksinasiya olunmuş və ya COVID-19-dan sağalmış turistlərin ölkəyə daxil olmasına icazə verəcək. xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bu, "narınc

NATO-Rusiya Şurasının iclası bu tarixdə keçiriləcək

Rusiya-NATO görüşü yanvarın 12-də keçiriləcək. xəbər verir ki, bu barədə "Röyters" agentliyi Şimal Alyansının rəsmi nümayəndəsinə istinadən məlumat yayıb. Görüşün yeri məlum deyil, lakin bunun münasibətlərin aydınlaşmas

ABŞ Rusiya ilə razılaşmaya görə BU ÖLKƏLƏRİ qurban verəcək - ŞOK İDDİA

ABŞ Rusiya ilə strateji razılaşmaya Baltikyanı ölkələri qurban verə bilər. xəbər verir ki, bu barədə amerikalı analitik Devid Payn "The National Interest" jurnalında dərc olunan məqaləsində qeyd edib. Nəşrdə eksper

Tokayev hökuməti istefaya göndərdi - YENİLƏNDİ

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib. xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinin yaydığı sərəncamda deyilir. Nazirlər Kabinetinin üzvləri hökumətin yeni tərkibi təsdi


son xeberler azerbaycan xeberleri yeni xeberler en son xəbərlər bugün cəbhədən xəbərlər xeberler valyuta məzənnələri