Bu qəsəbəyə köçənlərə 88 mindən çox pul veriləcək - ŞƏRTLƏR
115 nəfərlik əhalisi olan İtaliyanın Abruzzo bölgəsindəki LAquila əyalətində yerləşən Santo Stefano di Sessanio qəsəbəsində yaşayış infrasturkturunu yaxşılaşdırmaq üçün yeni plan hazırlanıb.
Publika.az xəbər verir ki, gənc yaş təbəqəsinə daxil insanları qəsəbədə yaşamağa cəlb etmək üçün 44 min avroluq (88 min manatdan çox) paket hazırlanıb.
"Gran Sasso e Monti della Laga" Milli Parkında yerləşən bu orta əsrlər təpə qəsəbəsində yaşamaq üçün 3 il üçün 8 min avro veriləcək və aylıq ödənişlər ediləcək. Yeni sakinlərin iş qurması üçün birdəfəlik 20 min avroya qədər yardım da ediləcək.
Bələdiyyə sakinlərə nominal kirayə ödəyəcəkləri mülk ayıracaq. Layihəyə yalnız 18-40 yaş arası insanlar müraciət edə bilər. Bununla yanaşı, uzunmüddətli Avropa İttifaqı vizası da tələb olunur. Sakinlər 5 illik qəsəbəyə qeydiyyata alınmalı və 1 iş yeri açmalıdır.
Qəsəbədə hazırda 115 nəfər yaşayır. Onlardan 13-ü 20 yaşdan aşağı, əksəriyyəti isə 65 yaşdan yuxarıdır.
Müraciətlər 15 noyabrdan etibarən qəbul olunacaq.

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək