Bu sənədi almaq istəyənlər daha çox pul ödəyəcək
Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişikliklərə əsasən, baytarlıq pasportunun verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğinin 20 manatdan 30 manata qaldırılması nəzərdə tutulur.
KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, qanun layihəsində qeyd olunur ki, Nazirlər Kabinetinin 2011-ci il 9 mart tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları"na uyğun olaraq, ev heyvanlarının xarici ölkələrə aparılması müvafiq baytarlıq pasportunun tərtib olunması ilə həyata keçirilir.
Statistik məlumatlara görə, bu istiqamətdə 2024-cü ildə 2073, 2025-ci ildə isə 2114 müraciət əsasında baytarlıq pasportu təqdim edilib. Son illər ərzində edilən müraciətlərin sayının, eləcə də pasportun rəsmiləşdirilməsi üçün sərf olunan maliyyə resurslarının və digər inzibati xərclərin artması səbəbindən dövlət rüsumunun məbləğinə yenidən baxılması zəruri hesab olunub.
Müzakirələrin yekununda səsverməyə çıxarılan qanun layihəsi deputatlar tərəfindən birinci oxunuşda qəbul edilib.

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək