Bu şəxslərin maaşında yüksək artım olacaq

Bu şəxslərin maaşında yüksək artım olacaq2023-cü ildə müzakirə etdiyimiz məsələlərdən biri də sertifikasiyada yüksək maaş mexanizminin tətbiq edilməsi ilə bağlıdır. Bununla bağlı Milli Məclisdə müzakirələr aparıldı, eyni zamanda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə rəsmi olaraq təkliflərimizi təqdim etdik.
KONKRET.az xəbər verir ki, bu sözləri iqtisadçı alim, millət vəkili Vüqar Bayramov deyib.
Bayramovun sözlərinə görə, bu il də təhsilə ayrılan vəsaitlərin həcmində artımlar qeydə alınıb:
"Daha çox vəsaitin təhsilə yönəldilməsi sertifikasiyada qiymətləndirmə mexanizminin təkmilləşdirilməsinə imkan yaradıb. Buna görə də bu istiqamətdə müzakirələr, eyni zamanda rəsmi səviyyədə mexanizmlərin hazırlanmasıyla bağlı yeni təkliflərin təqdimatı gündəmdə qalacaq. Çalışacağıq ki, 2024-cü ildə də bu istiqamətdə müzakirələrin genişləndirilməsi bütövlükdə yeni və təkmil mexanizmin yaradılmasına imkan yaratsın. Söhbət təbii ki, 50 və daha yüksək bal toplamış müəllimlərimizin maaş artımlarından, 48-dən çox bal toplamış müəllimlərimiz üçün isə 35%-lik artımın tətbiq edilməsindən gedir. Eyni zamanda 30-dan yüksək bal toplamış müəllimlərimiz üçün də yeni mexanizmin tətbiqi məqsədəuyğundur. Müsahibə mərhələsində nəticələrin nəzərə alınması da olduqca vacibdir".

Sosial       Tarix: 08 yanvar 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü


son xeberler yeni xeberler azerbaycan xeberleri metbuat sonxəbər son xeberler bu gun bugünki xəbərlər