Bu sosis və kolbasaların satışı qadağan olundu

Bu sosis və kolbasaların satışı qadağan olunduAzərbaycanda sosis məhsulunun müayinəsi nəticəsində etiket məlumatında bəyan edilmədiyi halda, tərkibində donuz əti DNT-si aşkarlanıb.
Bu barədə KONKRET.az–a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, istehlak bazarına nəzarət məqsədilə AQTA-nın apardığı monitorinq zamanı "Best Beef" əmtəə nişanlı "Ocaq" sosis məhsulunun (11.11.2024-cü il istehsal tarixli) müayinəsi nəticəsində etiket məlumatında bəyan edilmədiyi halda, tərkibində donuz əti DNT-si aşkarlanıb.
Bununla bağlı kolbasa emalı müəssisəsində keçirilən plandankənar yoxlama zamanı 450 qramlıq "Best Beef" əmtəə nişanlı "Ocaq" sosisindən (07.01.2025-ci il istehsal tarixli) və 1 130 kiloqramlıq "Best Beef" əmtəə nişanlı bişmiş "Doktorskaya" kolbasasından (06.01.2025-ci il istehsal tarixli) nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Sınaq nəticəsinə əsasən, bu məhsullarda da donuz DNT-si müəyyən edilib.
Faktla bağlı sahibkar barəsində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilib.
Eyni zamanda həmin məhsulların istehsalının dayandırılması, həmçinin emal edilmiş məhsul partiyalarının satışının qadağan olunması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.

Sağlamlıq       Tarix: 11 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

Bəşəriyyəti ölümcül bəladan xilas edən peyvənd: 8 yaşlı uşaq üzərində aparılan təhlükəli təcrübə

1796-cı il mayın 14-də ingilis həkim Edvard Cenner tibb tarixinin ən mühüm təcrübələrindən birini həyata keçirdi. O, səkkiz yaşlı bir uşağı qəsdən inək çiçəyi virusuna yoluxdurdu. Bir neçə həftə sonra isə onu dövrün ən qorxul

Qazaxıstanın ən yaşlı qadınının sirri nədə idi?

Qazaxıstanda respublikanın ən yaşlı qadını Tuymequl Temirbayeva vəfat edib. Onun 116 yaşı var idi. KONKRET.azoxuaz-a istinadən bildirir ki, bu barədə "Kazinform" nəşri Ulıtau vilayətinin administrasiyasına istinadə

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur

Arıqlama iynələri, gəncləşmə vəd edən qida əlavələri və internet üzərindən satılan saxta dərmanlar… Əczaçılar son dövrlərdə sürətlə yayılan sağlamlıq təhlükələri ilə bağlı xəbərdarlıq ediblər. Xüsusilə nəzarətsiz istifad

Kennedi ailəsinin gizli faciəsi: Gözəlliyi ilə kral ailəsini heyran edən Rozmariyə niyə "yox edildi"

1938-ci ilin mayında Londondakı Bukingem sarayının möhtəşəm bal zalında 20 yaşlı Rozmari Kennedi ağappaq, zərif libası ilə Böyük Britaniya kralı VI Georq və kraliça Elizabetin qarşısında baş əyərkən hamının diqqətini cəl

Meyvə alarkən bu məqama diqqət edin – Sağlamlığınız təhlükədədir

Meyvə və tərəvəzlər sağlam qidalanmanın əsasını təşkil etsə də, mövsümündə yetişməyən məhsulların istehlakı ilə bağlı suallar tez-tez gündəmə gəlir. Xüsusilə istixanalarda yetişdirilən və xaricdən gətirilən məhsulların tərkibi

Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar

Baş ağrısından tutmuş soyuqdəyməyə qədər bir çox insan narahatlıq hiss edən kimi dərmana üz tutur. Bəziləri həkim məsləhəti olmadan aptekdən aldığı preparatları günlərlə, hətta aylarla qəbul etsə də, gözlədiyi nəticəni əld

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi


son xeberler yeni xeberler azerbaycan xeberleri gunun xeberleri hava sonxeber cəbhədən son durum