16 min manata efirə çıxan həkimlər - məsuliyyət kimdədir?
Televiziya məkanında həkimlərin reklamı və verilişlərə sponsorluq etməsi ətrafında müzakirələr yenidən gündəmə gəlib. İddialara görə, bəzi həkimlər efirə çıxmaq, özlərini tanıtmaq və televiziya proqramlarında sponsor qismində iştirak etmək üçün 16 min manatadək vəsait ödəyirlər.
KONKRET.az xəbər verir ki, tanınmış teleaparıcı Elgiz Əkbər də məsələyə münasibət bildirərək, sosial layihələrdə sponsorluq qiymətlərinin həddindən artıq yüksək olmasından narazılığını ifadə edib.
Bəs həkimlərin özlərini televiziya vasitəsilə reklam etməsi qanunla qadağandırmı?
Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycan qanunvericiliyində həkimlərin özlərini reklam etməsinə ümumi qadağa nəzərdə tutulmayıb.
Onun sözlərinə görə, bu baxımdan həm həkimlərin özlərini reklam etməsi, həm də telekanalların belə reklamlara yer verməsi qanuna zidd hesab olunmur:
"Düzdür, Səhiyyə Nazirliyinin müəyyən etik və metodiki göstərişləri var ki, həkimlər hansı etik qaydalara riayət etməlidirlər. Amma bu, qanun deyil və məhdudiyyət xarakteri daşımır".
Hüquqşünas qeyd edib ki, dünyada bu məsələyə münasibət birmənalı deyil. Bəzi ölkələrdə həkimlərin özlərini reklam etməsi qadağan olunduğu halda, digərlərində belə məhdudiyyətlər mövcud deyil:
"Məsələn, Fransada və Almaniyada həkimin özünü reklam etməsi qadağandır. Amma bəzi ölkələrdə, məsələn, Birləşmiş Ştatlarda bildiyim qədərilə belə məhdudiyyət yoxdur".
Əkrəm Həsənovun fikrincə, həkim reklamına qanuni məhdudiyyətin olmaması telekanalların məsuliyyətdən kənarda qalması demək deyil. O hesab edir ki, insanların həyatı və sağlamlığı ilə birbaşa bağlı olan tibbi xidmətlərin reklamında televiziya kanalları da müəyyən məsuliyyət daşımalıdır.
Hüquqşünasın sözlərinə görə, reklamın təsiri ilə hansısa həkimə müraciət edən şəxsin sağlamlığına ciddi zərər dəyməsi və ya həyatını itirməsi halında telekanalın da məsuliyyət məsələsi gündəmə gətirilməlidir:
"Bu sahə xüsusi əhəmiyyət kəsb edir. Çünki insanların həyatı və sağlamlığı ilə bağlıdır. Ona görə də telekanalların və digər reklam platformalarının məsuliyyəti olmalıdır. Sabah həmin reklamın nəticəsində insan gedib o həkimə müraciət edərsə, sağlamlığına zərər dəyərsə, hətta həyatını itirərsə, ən azı telekanaldan da maddi və mənəvi zərərin ödənilməsini tələb etmək imkanı olmalıdır".
Hüquqşünas hesab edir ki, bu məsələnin qanunvericilikdə ayrıca tənzimlənməsinə ehtiyac var:
"Ən azı qanuna belə bir müddəanın daxil edilməsinə ehtiyac olduğunu düşünürəm. Ola bilər ki, ümumiyyətlə, məhdudiyyət qoyulmalıdır. Çünki qeyd etdiyim kimi, Fransada və Almaniyada həkimlərin reklamı qadağandır".
Xidmetler [newsid: 0-123300]

25 yaşlı gənc evində ölü tapıldı
Kürdəmirdə maşınlar toqquşdu - Xəsarət alan var
İki azyaşlı su kanalına düşdü - Siyəzəndə dəhşət
Əti dondurucuda nə qədər saxlaya bilərsiniz?
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Gəncədə iki avtomobil toqquşdu - Yaralılar var
Bərdədə yeni ailə quran ər-arvad dəm qazından boğuldu: Qadın öldü
Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub
Rəsmi İrəvan: Azərbaycan və Ermənistan sülhü institusionallaşdırmaq zərurətini qəbul edib
Fransanın qlobal kredit reytinqi zəiflədi
"Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı"na müraciət üçün son günlərdir – 20 tələbə 200 AZN təqaüd alacaq
Azərbaycanda şair vəfat etdi - FOTO
Prezidentdən Əhməd Vəliyevlə bağlı sərəncam
Mehdiyev evindən çıxan 17 milyondan danışdı: "Pulları öz zəhmətimlə yığmışam
Valeh Ağayev vəfat etdi