Bu tarixdən hava kəskin dəyişir - XƏBƏRDARLIQ
Azərbaycanın rayonlarında aprelin 26-sı gündüzdən 27-si axşamadək əsasən dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən azxeber.com-a verilən xəbərə görə, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi 27-də bəzi yerlərdə arabir güclənəcək.
Çaylarda sululuğun artacağı ehtimalı var.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]