"Bu türk burada nə edir?" - Paşinyanın xanımı susdu, mühafizəçilər işə qarışdı
Fransadan Ermənistana uçan bu ölkənin birinci xanımı Anna Akopyan təyyarədə etirazla qarşılanıb.
KONKRET.az xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazır.
Nəşr qeyd edir ki, Baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan bir neçə gün əvvəl Parisdə olub:
"Akopyan Fransanın birinci xanımı Bricit Makronla Yelisey sarayında foto çəkdirib, bu ölkədə yaşayan erməni qadınları ilə görüşüb. Paris səfərindən ötən həftənin şənbə günü axşam saatlarında Paris-İrəvan reysi ilə qayıdıb. Onunla eyni təyyarədə geri qayıdan sərnişinlərdən biri bizə bildirib ki, baş nazirin xanımı təyyarədə çox da isti qarşılanmayıb.
Anna Akopyan Parisdən İrəvana qayıdan təyyarədə ekonom-klassda əyləşib.
Xanım Akopyan formal olaraq ekonom-klassın ön sıralarında otursa da, ona biznes-klass xidməti göstərilib. Yanındakı oturacaq boş olub, həmin yerin bileti də alınıb ki, xanımın yanında heç kim olmasın, üçüncü oturacaqda isə cangüdənlərdən biri əyləşib. Bundan başqa, Anna Akopyanı səkkiz nəfər müşayiət edib: 3 cangüdən, 3 kişi, 2 qadın. Onlardan biri tanınmış saç ustası Anuş olub.
Uçuş başlayanda Anna Akopyanın bir-iki cərgə arxasında əyləşən sərnişinlər – bir neçə qadın və bir kişi Paşinyanın xanımına və onu müşayiət edən heyətə "Bu türklər niyə belə rahat təyyarəyə miniblər?" deyərək etirazlarını bildiriblər.
Xanım Akopyan "Mən Qarabağ üçün öləcəm" və s. kimi şüarlarla yanaşı, buna da reakasiya verməyib.
Cangüdənlərin müdaxiləsindən sonra səs-küy kəsilib".//Teleqraf.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır