Bu yazıq əsgərin qəhrəmanlığı nədir? Maksimal yaxşı ölmək... - Gevorkyan
Əgər bu müharibəni həqiqətən Paşinyan sadəcə olaraq üçtərəfli bəyanatı imzalamaqla dayandırıbsa, o zaman erməni əsgərini niyə belə tərifləyirlər? Doğrudanmı erməni əsgəri müstəsna nəsə edib? Biz bütün əraziləri əldən verdik, o cümlədən Şuşanı. Bunun minlərlə səbəbi var. Əlbəttə, demək olmaz ki, bunda həmin erməni əsgəri günahkardır. Eləcə də bu doğru deyil ki, erməni əsgərini anlaşılmaz şəkildə idola çevirsinlər, əgər əsgər qəhrəmancasına müqavimət göstəribsə də, nəticə məğlubiyyətdir.
Bu fikirləri erməni jurnalist Sevak Sofiya Gevorkyan yayıb.
Gevorkyan qeyd edib ki, erməni əsgərinə can yandırmaq, kömək etmək olar, amma qəhrəmanlaşdırmaq olmaz.
"Yenə miflər, təhlükəli miflər. Əgər bu pafos davam edəcəksə, 10-20 il sonra dərsliklər bizi buna öyrədəcək ki, guya biz 2020-ci ildə əslində düşmənə qəhrəmancasına qalib gəlmişik. Və yenə də həmin "qələbəyə" istinad edərək biz yeni müharibə başladacağıq. İndi bunu Sardarapat döyüşünün köməyi ilə etmək istəyirlər. Vardan (Mamikonyan) və fillər barədə də həmin yalan təbliğat mifolofgiyasıdır. Bu yazıq əsgərin qəhrəmanlığı nədir? Maksimal yaxşı ölmək? Biz itkilər vermişik. Bu, kor-koranə əsgər kultu bütlərə sitayişə oxşayır, əsgər istənilən yolla super-insan və qalib kimi təqdim edilir və onun çiyninə yalançı yük qoyulur... Mən erməni əsgərinin bu cür militarist ilahiləşdirilməsini o qədər görür və eşidirəm ki, sanki bu tərəfdə "qalib" ordunun əsgərləridir..." - Gevorkyan yazıb. (Virtualaz.org)

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək