Büdcə Zərfində dəyişikliklər oldu

Büdcə Zərfində dəyişikliklər olduBüdcə Zərfində dəyişikliklər olub.
KONKRET.az xəbər verir ki, Hesablama Palatasının "Dövlət büdcəsində yen dəyər yaratmayan və ikili tanınan məqsədli büdcə fondlarının gəlirləri ilə bağlı risklərin aradan qaldırılması və bununla əlaqədar " Büdcə sistemi haqqında" Azərbaycan Respublikası qanunun 5-ci bəndində yenidən baxılması" təklifi nəzərə alınıb.
Qeyd edilib ki, 2024-cü ilin büdcə layihəsi məqsədli büdcə fondunun qalığı kəsrin maliyyələşməsi mənbəyi kimi nəzərdə tutulub ki, bu da əvvəlki illərdə qalığın büdcə gəlirlərinə aid edilməklə 2-li uçota səbəb olması məsələnin aradan qalxmasına imkan verir. Büdcə sistemi haqqında" qanunun 5-ci maddəsi haqqında düzəliş Milli Məclisə təqdim edilib.
Hesablama Palatasının "Dövlət sifarişləri üzrə vəsait ayrılmasının "Subsidiya"larda həyata keçirilməməsi" təklifi də qəbul edilib. Bununla bağlı VTB-yə ( vahid büdcə təsnifatına ) müvafiq dəyişiklik edilib. O cümlədən hüquqi şəxslərə ayrılan vəsait "Dövlət adından yaradılan publik hüquqi şəxslərə" ödənişlər paraqrafında nəzərdə tutulub. "İcmal Büdcənin xərclərinin iqtisadi təsnifatının aidiyyatı istiqaməti üzrə düzgün göstərilməsi, icmal büdcənin bütün komponentləri üzrə büdcə planlaşdırılması və icrasında VTB-nin tətbiqi təklifi nəzərə alınıb. İcmal Büdcənin xərclərinin iqtisadi təsnifatı üzrə bölgüsü büdcə zərfinə daxil edilib.
Təklif olunan "Dövlət Büdcəsindən "Subsidiyalar" kimi ayırmalar üzrə yalnız qarşılıqsız cari transferti xarakterizə edən xərclərin nəzərdə tutulması" nəzərə alınıb. Bununla bağlı VTB-yə müvafiq dəyişiklik edilib. O cümlədən publik hüquqi şəxslərə ayrılan vəsait "Dövlət adından yaradılan publik hüquqi şəxslərə ödənişlər" paraqrafında nəzərdə tutulub.
"Büdcə parametrlərinin düzgün uçotunun və hesabatlılığın təmin edilməsi, eləcədə büdcə parametrlərinin iqtisadi göstəricilərlə əlaqəsinin qiymətləndirilməsi üçün VTB-yə yenidən baxılması GFSM-yə uyğunlaşdırılması təklifi müsbət qarşılanıb və VTB-yə cari ilin ötən dövrü ərzində çoxsaylı dəyişikliklər edilməklə GFSM-yə uyğunlaşdırılma davam edir.
Ortamüddətli Xərclər Çərçivəsi (OMXÇ) islahatının reallaşdırılmasında mühüm olan dövlət büdcəsinin xərcləri üzrə proqram təsnifatının hazırlanması və VTB -yə daxil edilməsi ilə bağlı təkliflə əlaqədar dövlət büdcəsinin xərcləri (OMXÇ bölmələri üzrə) üzrə proqram təsnifatı daxil edilib.
"Büdcə Sistemi haqqında" Azərbaycan Respublikasının qanunu tələbləri diqqətə alınaraq dövlət proqramlarının maliyyə təminatına məlumatların Büdcə Zərfinə daxil edilməsi nəzərə alınıb və Büdcə Zərfinə 2024-cü il üzrə məqsədli proqramlara dair ayrıca sənəd əlavə edilib.
Ölkənin strateji sənədi üzrə tədbirlərin maliyyə təminatının fuksional və iqtisadi təsnifatı üzrə konkretləşdirilərək ( Sair xərclər və digər xərclər təsnifləşdirilən xərclərdə deyil) aidiyyatı xərclər üzrə proqnozlaşdırılması strateji sənədə əsasən qeyri-maliyyə alətlərinin ( nəzərdə tutulmuş tədbirlərin açıqlanmasının) Büdcə Zərfinə daxil edilməsi nəzərə alınaraq büdcə layihəsində "Azərbaycan Respublikasının 2022-2026-ci illərdə sosial -iqtisadi inkişaf strategiyasının" tədbirlərinin maliyyə təminatı ayrıca sətirlə icraçı qurumlar üzrə verilmiş və əksər hallarda bu xərclərin iqtisadi təsnifatı üzrə bölgüsü aparılıb.
Ölkə üçün təsdiq edilmiş Dayanaqlı inkişaf məqsədləri (DİM) üzrə priortetlər və onlara dair göstəricilər nəzərə alınmaqla dövlət büdcəsi xərclərinin DİM-lərlə əlaqələndirilməsi dövlət büdcəsi gəlirlərinə dair hüquqi aktlar üzrə nəzərdə tutulmuş dəyişiklərin daxilolmalara təsirinin qiymətləndirilməsi barədə məlumatların Büdcə zərfinə daxil edilməsi, zərfdə qeyri maliyyə məlumatlarının büdcə parametrləri üzrə keyfiyyət göstəricilərinin artırılması da məqbul sayılıb. Dövlət büdcəsi xərclərinin DİM ilə uyğunluğuna dair məlumatlar izahata əlavə edilib. Dövlət büdcəsinin gəlirlərinə dair hüquqi aktlar üzrə nəzərdə tutulmuş dəyişikliklərinin daxilolmalara təsirinin qiymətləndirilməsi dair məlumatlar verilib.APA

Sosial       Tarix: 03 noyabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir


son xeberler yeni xeberler azerbaycan xeberleri xankendi sou biznes ensonxeberler en sonxeber