Bundesliqa bu tarixdə BƏRPA OLUNUR - Şərtlər açıqlandı

Bundesliqa bu tarixdə BƏRPA OLUNUR - Şərtlər açıqlandıBundesliqa mayın 9-da bərpa olunacaq.
Publika.az xəbər verir ki, Almaniya Futbol İttifaqı oyunlar bərpa olunacağı təqdirdə koronavirus təhlükəsi ilə əlaqədar sərt qaydalar tətbiq edəcək.
Qaydalar Almaniya Futbol İttifaqı (DFB) və Almaniya Futbol Liqasının (DFL) birgə hazırladıqları sənəddə əksini tapıb.
Bildirilir ki, oyunçular ya komandaların otellərində, ya da öz evlərində qala bilərlər. Amma qarşı tərəfdə virus simptomları varsa, cinsi əlaqə və ya öpüşmək olmaz. Diş pastaları, dəsmal, qab-qacaq, içkilər və adyallar ayrı olmalıdır.
Stadionlara isə 300-dək şəxs buraxıla bilər. Həmin şəxslərdən 4-ü polis, 4-ü topdaşıyan uşaq, 8-i ot xidmətçisi, 10-u jurnalist və 50-si təhlükəsizlik xidməti işçisi olmalıdır.
Bütün komandalar ilk məşqdən əvvəl, biri oyunöncəsi olmaqla, həftədə iki dəfə testdən keçməlidir. Bu hal mövsümün sonunadək davam etməlidir. Gigiyena üzrə əməkdaş isə onlarda heç bir simptomun olmadığını təsdiqləməlidir. Mətbəxdə yeməyə icazə verilməyəcək, yeməyi aparmaq lazım gələcək. Yeməklər əvvəlcədən komandanın şef-aşpazı tərəfindən hazırlanmalı və yalnız fərdi su qablarından istifadə olunmalıdır.
Oyunçulara duş qəbulu və paltardəyişməni evdə etmələri tövsiyə olunacaq. Onlar şəxsi əşyalarını və ayaqqabılarını yuyucu maşına qoymalıdırlar.
Komandalar oyunlara futbolçular arasında məsafənin gözlənilməsi üçün bir neçə avtobusda gəlməlidirlər. Oyunçular maskada olmalı, avtobuslar isə stadionun girişində dezinfeksiya edilməlidir. Hər bir komanda müxtəlif vaxtlarda gəlib-getməlidir. Ev qarşılaşmalarına isə futbolçular öz maşınlarında gəlməlidirlər.
Onların bədən temperaturları qulaq termometrləri vasitəsilə ölçülməli, hər bir otaq dezinfeksiya edilməli, qapılar isə açıq saxlanılmalıdır.
Futbolçuların paltardəyişmə otaqlarında qalmaları minimuma endirilməli, aralarında 2 metrlik məsafə olmalı, futbolçular tək-tək duş qəbul etməlidirlər.
İki komandanın tuneldə eyni vaxtda olmasına icazə verilməyəcək və meydana çıxdıqdan sonra düzülüş, komanda vımpellərinin dəyişdirilməsi, əlsıxma, yan-yana durma halları olmayacaq. Ehtiyat oyunçular skamyada bir-birilərindən iki-üç oturacaq aralıda olmalı, lazım gəlsə, bəziləri tribunada oturmalıdırlar. Görüşdən sonra müsahibələr isə qarışıq zonaya girmədən minimum sayda olmalıdır.
Komandalar otellərə və nömrələrə ayrıca giriş, liftlə daxil olmalıdırlar. Onlar otelin digər sakinləri ilə təmasa girməməli və iki metrlik məsafəni gözləməlidirlər.

İdman       Tarix: 27 aprel 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Konfrans Liqası: bu gün 18 oyun var

UEFA Konfrans Liqasında Liqa mərhələsinin II turunun oyunlarına bu gün start veriləcək. xəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu evdə Şotlandiyanın "Harts" komandası ilə üz-üzə gələcək. UEFA Konfran

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna

Millimiz bu gün iki oyun keçirəcək

Azərbaycan millisi Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatında bu gün növbəti oyunlarını keçirəcək. xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv eyni gündə 2 matça çıxacaq. Yığma əvvəlcə saat 12:45-d

"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı

UEFA Gənclər Liqasının II təsnifat mərhələsində "Qarabağ"la Xorvatiyanın "Dinamo Zaqreb" komandaları arasında keçiriləcək oyuna hakim təyinatları açıqlanıb. UEFA-nın rəsmi saytına istinadən xəbər veri

"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, Turun mərkəzi matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək. Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq. Misli Premye

Bugünkü oyunları yayımlayacaq kanallar

UEFA Avropa Liqasının və Konfrans Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. KONKRET.azxəbər verir ki, qarşılaşmala

Qazancına görə bütün futbolçuları geridə qoydu

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo 2 milyard dollardan çox qazanan ilk aktiv idmançıdır. xəbər verir ki, hesablamaya vergilər və agent haqları xaric olmaqla maaşlar, bonuslar, reklamlar və biznes gəlirləri daxildir

Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab edir. -a istinadla xəbər verir ki, 41 yaşlı futbolçu "CNN Portugal"


son xeberler azerbaycan xeberleri yeni xeberler en son xeberler xeber.az 2026 hava proqnozu zelzele