"Bunu Lavrovdan alıb Çavuşoğluna çatdırdım" - Yerxov
"Rusiya Ukraynaya hücum etməyəcək. Türkiyə Ukraynanı Minsk razılaşması ilə bağlı öhdəliklərini yerinə yetirməyə razı sala bilsə, buna görə minnətdar olarıq".
KONKRET.az xəbər verir ki, Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov TRT Haberə müsahibəsində deyib.
Yerxov Ukraynanın işğalı üçün tarixlərin verildiyini, amma bunların heç birinin baş tutmadığını söyləyib:
"Bununla bağlı isteriya var. Vətəndaşlar təxliyə olunur, konsulluqlar bağlanır, başqa yerlərə köçürülür. Rusiyanın az qala qaçılmaz olaraq Ukraynanı işğal edəcəyini deyirlər və mümkün işğal tarixlərindən danışırlar. Bəs nə oldu, işğal baş verdimi? Eyni zamanda Ukraynaya müasir, o cümlədən hücum silahları göndərilir. Ukrayna ordusuna təlim keçmək üçün hərbi mütəxəssislər göndərirlər".
Yerxov gərginliyi qəsdən artırmaqla Rusiyaya qarşı sanksiyalar tətbiq etmək niyyətində olduqlarını bildirib:
"Dünən hücum etmədik, bu gün də hücum etmədik, sabah da hücum etməyəcəyik".
Yerxov kritik problemlər üçün təcili həll yollarına ehtiyac olduğunu deyib:
"Bizim üçün dialoq imkanları tükənməkdən uzaqdır və beynəlxalq əlaqələri davam etdirmək niyyətindəyik".
Səfir Rusiya Xarici işlər naziri Sergey Lavrovun NATO ölkələrinə məktub göndərdiyini və bu məktubu Xarici işlər naziri Mövlud Çavuşoğluna özünün çatdırdığını bildirib.
"Türkiyə Ukrayna ilə imtiyazlı münasibətindən istifadə edərsə, Ukraynanı Minsk razılaşması üzrə öhdəliklərini yerinə yetirməyə razı sala bilərsə, buna görə minnətdar olarıq", – Rusiya səfiri qeyd edib. Teleqraf.com

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan İlham Əliyevə zəng etdi
Xaçmazda avtomobillər toqquşdu - Yaralılar var
Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR
Kredit kartlarından istifadədə diqqətçəkən dəyişiklik: Vətəndaşların yeni maliyyə seçimi
Avtoxuliqanlıq edən sürücü həbs olundu
34 yaşlı kişi qətlə yetirildi: saxlanılan var