"Burada sistematik problem görmürəm" - Nazir 7 yaşlı Fəridin ölümündən danışdı

"Sumqayıtda 7 yaşlı uşağın ölümü çox təəssüf doğuran hadisədir".
Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, hadisə bir fərdin cinayət ehtimalı daşıyan davranışı ilə əlaqədardır: "İnanmıram ki, bu hadisə bütün məşqçilərin, idmanın və idman zallarının fəaliyyətinə kölgə salacaq. Çünki sadəcə nazirliyin sistemində 60 mindən artıq şagird idmanla məşğul olur. İnanırıq ki, hüquq-mühafizə orqanları tərəfindən məsələyə müvafiq hüquqi-qiymət veriləcək".
E.Əmrullayev qeyd edib ki, bu hadisənin bütün idman sisteminə şamil edilməsi düzgün olmaz: "Bizim idman müəssisələrimiz, təhsil müəssisələrimiz, uşaq-gənclər idman məktəbləri öz fəaliyyətlərini davam etdirirlər. Orada onlarla beynəlxalq turnirlərin qalibləri çalışırlar və bu, uşaqların sağlamlığı üçün vacibdir".
Nazir Azərbaycan qanunvericiliyində məşqçi kimi fəaliyyət göstərmək üçün lisenziya tələb olunmadığına diqqət çəkib: "Biz də fəaliyyətimizi buna uyğun qururuq. Təbii ki, sabah belə bir tələb olarsa, biz də həmin şəxsləri işə götürəndə həmin tələblərə əməl edəcəyik. Hazırda sözügedən şəxs ötən ilin axırlarında işə qəbul olunub və qanunvericiliyin tələbi pozulmayıb. O, həm ali təhsilli məşqçi, beynəlxalq turnirlərin qalibi və idman ustası kimi tanınan şəxs olub".
E.Əmrullayev idman zalının icarəyə verilmədiyini söyləyib: "Rayonlarda idmanla məşğul olmaq istəyən şagirdlərin sayı çox olduğuna görə, ayrı-ayrı məktəblərin zalları uşaq gənclər mərkəzlərinin məşqçilərinin istifadəsinə verilir. Burada icarə, maliyyə qazancı məqsədi yoxdur. Sadəcə olaraq əhatəliliyi təmin etmək üçün bu prosedur icra edilir".
Nazir azyaşlının məktəbli olmadığı halda məşqdə iştirak etməsinə də toxunub: "Baş vermiş hadisədə təqsirkarı müəyyənləşdirmək hüquq-mühafizə orqanlarının işidir. Bizim tərəfdən proses belə tənzimlənir ki, məşqçi tərəfdən uşaqlar jurnala əsasən məşqə cəlb olunmalıdır. Amma təəssüf ki, bu halda məşqçi tam qeydiyyatda olmayan uşağı da məşqə cəlb edib və bu hal daha əvvəl də baş verib. Burada məsuliyyət birbaşa onundu və qanun pozuntusuna yol verib. O ki qaldı məktəb rəhbərliyinin cavabdehliyinə, düşünürəm ki, bu, araşdırılmalıdır. Çünki zal dərs vaxtlarından kənar istifadəyə verilir. Hansı formatda verilməsinə proses zamanı yəqin ki, hüquqi qiymət verilə bilər".
"Bu hadisədən çıxarılan dərs ondan ibarətdir ki, həm məktəblər, həm valideynlər, həm məşqçilər, həm də federasiyalar bu işə daha diqqətlə yanaşmalıdırlar. Mənim şəxsi fikrim budur ki, bu, bir şəxsin cinayət ehtimalı olan davranışı ilə bağlıdır və burada sistematik problem görmürəm", - E.Əmrullayev qeyd edib. / azxeber.com

Sosial       Tarix: 04 may 2023
f Paylaş

Oxşar xəbərlər

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind


yeni xeberler azerbaycan xeberleri son xeberler apa.az xeberler son xeberler bugun 2026 azerbaycan krminal bu gun axsam.az xeberler