Buraxılış imtahanlarının nəticələri açıqlandı

Buraxılış imtahanlarının nəticələri açıqlandıÜmumi (9 illik) orta təhsil səviyyəsi üzrə 23-24 aprel 2022-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.
Bu barədə azxeber.com-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
İmtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə () daxil olaraq iş nömrəsi (şagird kodu) və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.
Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində "seeding" (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) prosesinin tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.
Yazı işlərinin onlayn (evdən) yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.
Bu imtahanlarda iştirakı nəzərdə tutulan 43127 nəfərdən 392 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 7 nəfərin nəticəsi ləğv olunub.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 25 may tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 22 may saat 10:00-dan 24 may saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 20%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Şagirdlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Sosial       Tarix: 17 may 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bütün risklər gözə alındı: Hesab ödəmə vaxtıdır - Benzin, İranla müharibə, sonu görünməyən böhran

Donald Tramp böyük oynamağı sevir. Miqyaslı qərarlar, sərt bəyanatlar, kəskin danışıqlar və maksimum risklər… Lakin böyük siyasətin xoşagəlməz bir xüsusiyyəti var: bəzən geosiyasi ambisiyaların hesabını prezident yox, ad

Jurnalist Elnur Şükürov həbs edildi

Jurnalist Elnur Şükürov həbs edilib. APA-ya istinadən xəbər verir ki, bu barədə Sabunçu Rayon Məhkəməsi qərar qəbul edib. Qərara əsasən, Elnur Şükürov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsini

Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR

 Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə ümumrayon tədbiri keçirilib. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, YAP rayon təşkilatının

Minik avtomobili ilə sərnişin mikroavtobusu toqquşub

Göyçay rayonunda qəza baş verib. -a istinadən xəbər verir ki, Göyçay şəhərinin mərkəzi hissəsində minik avtomobili sərnişin mikroavtobusu ilə toqquşub. Faktla bağlı araşdırma aparılır

Evdə saxladığınız pullarla bağlı vacib xəbər - Banklar bunu pulsuz edir

Evdə azyaşlı uşaqların əskinasları cırması, siçanların pulun bir hissəsini gəmirərək yararsız hala salması və digər bu kimi hallar vətəndaşların maddi itki ilə üzləşməsinə səbəb olur. Belə vəziyyətlərdə zədələnmiş əskinasları

Azərbaycanda inək və toyuqlarla bağlı yeni qərar – Məqsəd bu imiş

2027-ci il yanvarın 1-dən Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında istehsal olunan süd və yumurtanın ümumi miqdarı uçota alınacaq. Artıq yalnız satılan deyil, şəxsi istehlaka və digər məqsədlərə sərf olunan məhsulla

Nyu-York qışa hazırlaşır: 500 milyon funt duz, 2200 qar təmizləyən maşın və 25 milyon dollarlıq yardım

ABŞ-ın Nyu-York şəhəri 2026–2027-ci illərin qış mövsümünə genişmiqyaslı hazırlıq görür. . xəbər verir ki, noyabrın 9-da şəhərin meri Zohran Mamdani qış aylarında qarla mübarizə, sakinlərin təhlükəsizliyinin təmin edilməs

Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Bakı şəhərində 8 Noyabr - Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir. xəbər verir ki, həmin görüntüləri sizə təqdim edir. Xatırladaq ki, bu gün Azərbaycanda 8 Noyabr - Zəfər Günü münasibətil

Qızıl və gümüş bahalaşdı

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 55,1 dollar artaraq 4 130 dollar təşkil edib. xəbər verir ki, gümüş isə 1,18 dollar artaraq 53,12 dollara bərabər olub


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler azerbaycan son xeberler 2026 xeber.az xeber