"Buz vannası" öldürə bilər!
Məşhur "Buz adam"ın sağlam olduğu barədə deyilənlər populyar olsa da, mütəxəssislər iddia edir ki, buzlu suda ürəyiniz dayana bilər.
KONKRET.az xəbər verir ki, dünyaca məşhur "Buz adam" ləqəbli hollandiyalı Vim Hofa görə, bədəni buz suya batırmaqla təbii müalicəvi gücə sahiblənmək olar.
" class="imgbcode" />Lakin həkimlərin qənaətinə görə, buzlu suda çimmək tənəffüs yollarını məhv edir. 2015-ci ildən bəri 17 yaşlı qız da daxil olmaqla, buzlu suda çimənlər arasında 11 ölüm faktı qeydə alınıb.
Mütəxəssislər xəbərdarlıq ediblər ki, buz vannalarından həddindən artıq istifadə insanı öldürə bilər.
Tibbi ekologiya və kidroklimatologiya üzrə mütəxəssis professor Müfit Zeki Karagülle bunları bildirib: "Tibbdə belə bir təcrübə yoxdur. Bir xəstəliyin müalicəsi ilə bağlı buzlu vanna qəbul etmək ağılsızlıqdır. Buz vannasını çox şişirtmək düzgün deyil. Müalicədə ən çox sübut edilmiş üsullardan biri termal vannadır. Bəzi xəstəliklərin müalicəsində hipertermal və ya termal vannalardan istifadə olunur. Amma buz vannaları üçün heç bir tövsiyə yoxdur. Bədən kəskin soyuq havaya məruz qaldığına görə sinir sistemi zədələnə bilər. Avtonom sinir sistemi gözlənilməz bir vəziyyətə qarşı aktivləşir. Daha çox həyəcanlanma baş verir. Sağlam bir ürək üçün bu, təhlükəlidir. Bu zaman ürəkdə taxikardiya inkişaf edir, qan təzyiqi yüksəlir. Damarlarda qan dövranı aşağıdan mərkəzə doğru çəkilir. Ürək və təzyiq problemi olan və ya ürəklə bağlı müalicə alanlar belə bir vanna qəbul etməməlidir".
Günel Mikayılova,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var