Bir böyrəklə ömürlük yaşamaq mümkündür? Həkimdən AÇIQLAMA

Bir böyrəklə ömürlük yaşamaq mümkündür? Həkimdən AÇIQLAMAGəncə sakini İradə Səidovanın həyat yoldaşına böyrəyini bağışlaması orqan transplantasiyası və donor sağlamlığı ilə bağlı bir sıra sualları gündəmə gətirib. Bir insanın bir böyrəklə ömrünün sonuna qədər yaşaması mümkündürmü? Böyrəyini bağışlayan şəxsin gələcəkdə sağlamlığı ilə bağlı hansı risklər yarana bilər? Ər-arvad arasında transplantasiya zamanı donorla xəstənin uyğunluğu necə müəyyənləşdirilir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan terapevt Rasif Bağırov bildirib ki, böyrək transplantasiyası zamanı donor və resipiyentin uyğunluğunun müəyyənləşdirilməsi mühüm əhəmiyyət daşıyır.
Bir böyrəklə ömürlük yaşamaq mümkündür? Həkimdən AÇIQLAMA"Transplantasiya öncəsi böyrəyin histoloji xüsusiyyətləri, eləcə də donor və xəstənin immunoloji və genetik göstəriciləri ətraflı araşdırılır. Bu müayinələr orqanın qəbul edən şəxsin orqanizminə uyğun olub-olmadığını müəyyənləşdirmək üçün aparılır.
Transplantasiyada 100 faizlik uyğunluqdan danışmaq mümkün deyil. Müəyyən immunoloji fərqlər olduğu üçün əməliyyatdan sonra xəstələrə orqanizmin köçürülmüş böyrəyi rədd etməsinin qarşısını alan dərman preparatları təyin edilir. Bu preparatların qəbulu uzunmüddətli, əksər hallarda isə ömürlük olur".
Rasif Bağırovun sözlərinə görə, transplantasiya olunmuş böyrək insanın öz təbii orqanı ilə tam eyni funksional xüsusiyyətlərə malik olmur.
"Dərman müalicəsinə baxmayaraq, zaman keçdikcə köçürülmüş orqanın fəaliyyətində müəyyən zəifləmələr yarana bilər. Bəzi xəstələr uzun müddət sonra yenidən böyrək transplantasiyasına ehtiyac duyurlar.
Transplantasiyanın nəticələrinə təsir edən amillərdən biri də donorun və resipiyentin yaşıdır. Xüsusilə yaşlı şəxslərdə transplantasiya prosesi daha mürəkkəb keçə bilər. Bununla belə, uyğunluq və digər tibbi göstəricilər əsas rol oynayır".
Həkim böyrək transplantasiyasının xəstəyə uzun illər yaşamaq imkanı verdiyini vurğulayıb. Onun sözlərinə görə, bəzi hallarda köçürülmüş böyrək təxminən 20 il funksiyasını qoruyub saxlaya bilir. Lakin bu müddət hər kəs üçün eyni deyil və transplantatın fəaliyyətinə müxtəlif amillər təsir göstərir.
Qeyd edək ki, bir böyrəyin bağışlanması donorun gələcək sağlamlığı ilə bağlı da xüsusi tibbi nəzarət tələb edir. Belə əməliyyatdan əvvəl donorun digər böyrəyinin funksiyası, ümumi sağlamlıq vəziyyəti və uzunmüddətli riskləri qiymətləndirilməlidir. Bir böyrəklə yaşamaq mümkündür, lakin bu, mütəmadi müayinələrin və həkim nəzarətinin vacibliyini aradan qaldırmır.
Aynurə İsmayıl
KONKRET.az

Sağlamlıq       Tarix: 12 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur

Arıqlama iynələri, gəncləşmə vəd edən qida əlavələri və internet üzərindən satılan saxta dərmanlar… Əczaçılar son dövrlərdə sürətlə yayılan sağlamlıq təhlükələri ilə bağlı xəbərdarlıq ediblər. Xüsusilə nəzarətsiz istifad

Kennedi ailəsinin gizli faciəsi: Gözəlliyi ilə kral ailəsini heyran edən Rozmariyə niyə "yox edildi"

1938-ci ilin mayında Londondakı Bukingem sarayının möhtəşəm bal zalında 20 yaşlı Rozmari Kennedi ağappaq, zərif libası ilə Böyük Britaniya kralı VI Georq və kraliça Elizabetin qarşısında baş əyərkən hamının diqqətini cəl

Meyvə alarkən bu məqama diqqət edin – Sağlamlığınız təhlükədədir

Meyvə və tərəvəzlər sağlam qidalanmanın əsasını təşkil etsə də, mövsümündə yetişməyən məhsulların istehlakı ilə bağlı suallar tez-tez gündəmə gəlir. Xüsusilə istixanalarda yetişdirilən və xaricdən gətirilən məhsulların tərkibi

Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir

Xəstəlik insan həyatının ən çətin sınaqlarından biridir. İnsan sağlamlığını itirdikdə ağrı, narahatlıq və qorxu ilə üzləşir, bəzən isə yaşadığı çətinliklərin səbəbini anlamağa çalışır. Xristian mənəvi ənənəsində xəstəli

Payızda bu təhlükə hər kəsi gözləyir? - Professor səbəbləri açıqladı

Payız aylarında havaların soyuması, günəşli günlərin azalması və mövsümi xəstəliklərin yayılması sağlamlığın qorunmasını daha da aktuallaşdırır. Bu dövrdə bir çox insan orqanizmdə vitamin və mineral çatışmazlığını müəyyənləşdirmək

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo

Rənglərin görünməyən təhlükəsi: Uşaqların istifadə etdiyi boyalarda hansı kimyəvi maddələr var?

Uşaqların rəsm çəkməsi onların yaradıcılıq qabiliyyətinin inkişafına müsbət təsir göstərsə də, bu zaman istifadə edilən materialların təhlükəsizliyi də diqqətdən kənarda qalmamalıdır. Xüsusilə su əsaslı boyaların uşaqla

COVİD-in ən güclü ştammı Azərbaycanda da yayılıb?

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyanın bəzi ölkələrində, eləcə də Avropada, ABŞ-da və Kanadada koronavirusun PJ 2.1 növü yayılıb. Bu ştamm soyuqdəymə və qrip simptomları ilə özünü göstərir. Bəs görəsən


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler bugun 2026 cəbhədən son vəziyyət oxu.az xeberler cəbhədən ən son xəbər