CAR "Taxıl sazişi"nin bərpası üçün Rusiyaya ÇAĞIRIŞ ETDİ
Cənubi Afrika Respublikası (CAR) "Taxıl sazişi"nin bərpa olunması üçün Rusiyaya çağırış edib.
KONKRET.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Naledi Pandor danışıb.
O bildirib ki, Rusiyanı danışıqlara qayıtmağın zəruriliyinə inandırmağa çalışır: "Biz bunun üçün çox səy göstəririk. Tərəflərlə əlaqə saxlayırıq".
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı keçirilən iclasında əksər ölkələr Rusiyanı "Taxıl sazişi"ini uzatmağa çağırıb. Sənədin müddəti iyulun 17-də başa çatıb və Moskva hələlik iştirakını yeniləmək niyyətində olmadığını açıqlayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Taxıl sazişi"nun uzadılması ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə danışmaq niyyətində olduğunu bəyan edib. Ankara sazişin ən qısa zamanda bərpasını gözləyir.
Rəsmi Moskvanın bu ay dördtərəfli (Ukrayna, Türkiyə, BMT və Rusiya) "Taxıl sazişi"ndən çıxması Odessa ətrafında hərbi vəziyyəti gərginləşdirməklə yanaşı, qlobal humanitar böhran təhlükəsi yaradıb.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bu gün türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla "Taxıl sazişi"nin perspektivi barədə danışacaq.
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi