Casus şəbəkəsi, kütləvi qətllər və amansız lider - Stalin Sovet kəşfiyyatçılarının qətlinə niyə göstəriş verdi?

Casus şəbəkəsi, kütləvi qətllər və amansız lider - Stalin Sovet kəşfiyyatçılarının qətlinə niyə göstəriş verdi?O, Qərbi Avropada sovet kəşfiyyat şəbəkəsini yaradıb və illərlə NKVD-yə sədaqətlə xidmət edib, günahsız insanların qırğınlarına göz yumub. Amma günlərin birində hər şey dəyişib və Moskva onu təcili Parisdən geri çağırıb. Onu nə gözlədiyini anlayan təcrübəli casus İqnatius Reiss Stalini bütün sirlərin açılması ilə hədələməyə başlayıb. Amma cəmi iki ay sonra onun parçalanmış cəsədi İsveçrədə tapılıb.
Casus şəbəkəsi, kütləvi qətllər və amansız lider - Stalin Sovet kəşfiyyatçılarının qətlinə niyə göstəriş verdi?1937-ci ilin yayında müxtəlif bəhanələrlə xaricdə qeyri-qanuni fəaliyyət göstərən onlarla NKVD zabiti Moskvaya geri çağırıldı. Onların əksəriyyəti Daxili İşlər Xalq Komissarı Genrix Yaqodanın həbsindən və Nikolay Yejovun onun yerinə təyin edilməsindən sonra NKVD-nin özündə baş verən "təmizləmələrin" qurbanı oldular. Həmin yay Fransada işləyən sovet kəşfiyyatçısı İqnatius Reiss də SSRİ-yə qayıtmaq əmri alır. Baş verən təmizlənmədən xəbərdar olan və dərhal SSRİ-də həbs olunacağını başa düşən İqnatius Reiss xaricdə qalmağa qərar verir.
Casus şəbəkəsi, kütləvi qətllər və amansız lider - Stalin Sovet kəşfiyyatçılarının qətlinə niyə göstəriş verdi?Sentyabrın əvvəlində isə İsveçrənin Lozanna yaxınlığındakı Puy şəhərinin sakini amansızlıqla qətlə yetirilən cəsəd aşkar edir. Hadisə yerinə gələn istintaqçılar öldürülən şəxsin bədənində 12 güllə yeri müəyyən ediblər. Həmin güllələrdən beşi sifətinə vurulub və onu tanınmaz dərəcədə eybəcər hala salıb. Onun burada öldürülmədiyi açıq-aydın hiss olunurdu. İzlər cəsədin yaxınlıqdakı magistral yoldan sürükləndiyini göstərirdi. Yerli sakinlərdən heç biri atəş səslərini eşitməyib. Öldürülən kişinin cibində Hermann Eberhardın adına pasport, Steff Brandın adına qatar bileti var idi və onun əlində qadın saçının bir hissəsi qalmışdı.
Casus şəbəkəsi, kütləvi qətllər və amansız lider - Stalin Sovet kəşfiyyatçılarının qətlinə niyə göstəriş verdi?Tezliklə polis küçələrdən birində boş avtomobil tapıb. "Naməlum adam"ın öldürülməsi xəbəri dərhal bütün qəzetlərin manşetinə çıxarılıb. Bir neçə gün sonra məlumatı oxuyan və söhbətin ərindən getdiyini anlayan qadın polisə müraciət edib. Dul qadın şəxsiyyəti müəyyən etdikdən sonra etiraf edib ki, onun əri İqnatius Reiss Sovet kəşfiyyatı məlumatlarını pozduğu üçün təhlükəsizlik işçiləri tərəfindən öldürülüb.
Casus şəbəkəsi, kütləvi qətllər və amansız lider - Stalin Sovet kəşfiyyatçılarının qətlinə niyə göstəriş verdi?Əslində, Lüdviq ləqəbli İqnatius Stanislavoviç Reiss, Natan Markoviç Poretski adlanırdı. O, 19-cu əsrin sonlarında o vaxt Avstriya-Macarıstanın tərkibində olan Podvolochisk şəhərində anadan olub. İlk təhsilini o vaxt artıq polyaklaşan Lvovda alıb. Dəmir yolunda işləməyə başlayıb, lakin 1919-cu ildə Polşada kommunist hərəkatına qoşulub. Növbəti il isə Moskvaya köçüb, bolşevik sıralarına qoşulmuşdu. Sonra gözlənilmədən Lvova qayıtmışdı. O, iki il orada yaşadıqdan sonra, ölkədə qeyri-qanuni, sovetyönlü ədəbiyyat yaydığına görə həbs edilmişdi. Poretski 5 il həbs cəzası alıb , lakin o, həbsdən qaçaraq Almaniyaya sığınmışdı.
Casus şəbəkəsi, kütləvi qətllər və amansız lider - Stalin Sovet kəşfiyyatçılarının qətlinə niyə göstəriş verdi?Sovet kəşfiyyatının əmrlərini yerinə yetirərək Berlin, Vyana, Amsterdam və Londonda çox ciddi işlər aparır, bir çox qeyri-qanuni sovet kəşfiyyatçıları ilə əlaqə saxlayırdı. 30-cu illərin əvvəllərində o, Valter Krivitskinin müavini oldu. Krivitski daha sonra Qərbi Avropada sovet hərbi kəşfiyyatının qanunsuz rezidensiyasına rəhbərlik edirdi. Poretski SSRİ-yə qayıtmaq əmrini alana qədər son illərini Parisdə keçirdi. 1937-ci ilin iyulunda Parisdəki Sovet Ticarət Nümayəndəliyinə Partiya Mərkəzi Komitəsi üçün nəzərdə tutulmuş məktub göndərdi. Orada bildirirdi ki, onun geri qayıtmaq fikri yoxdur. Reiss Mərkəzi Komitəyə Stalinist əks-inqilabdan ayrıldığını bildirdi. Daha sonra Stalini və NKVD-ni ifşa edən sənədləri etibarlı yerdə saxladığını, başına bir şey gəlsə, bunların hamısının dərc olunacağıyla Sovet rəhbərliyini təhdid edirdi.
Casus şəbəkəsi, kütləvi qətllər və amansız lider - Stalin Sovet kəşfiyyatçılarının qətlinə niyə göstəriş verdi?Bundan sonra Reiss arvadı və oğlunu da götürüb İsveçrənin ucqar dağ kəndlərindən birinə qaçdı. Orada təxminən bir ay gizləndi. O, ABŞ-yə köçməyə hazırlaşırdı. Amma o kəşfiyyatçıya yaraşmayan səhvlər buraxdı. Səfirliyə məktub göndərən zaman onun kimliyi dərhal məlum oldu və Sovet kəşfiyyatı Reissin yerini müəyyən etdi.
Onun qətli uzun müddət araşdırıldı və müzakirə olundu. Bəzi versiyalara görə, Reisin xəyanətindən xəbər tutan Stalin, Yejova onu arvadı və uşağı ilə birlikdə məhv etməyi əmr etdi. İddialara görə, xüsusi icraçılar qrupu dərhal Moskvadan Reisin gizləndiyi İsveçrəyə yola düşüb. Yerli sakinlər gizlənən şəxsin tapılmasına kömək ediblər. Kəşfiyyatçılar Poretsky ailəsinin ən sadiq dostu Gertrud Şildbaxla əlaqə saxlayıb və onun köməyi ilə casusun izinə düşə biliblər. Sentyabrın 4-də axşam Poretskini Lozanna yaxınlığındakı restorana dəvət edən Şildbax onu yaxınlıqda maşında gözləyən qatillərə təhvil verib. Yerli polis həmçinin NKVD-nin sıravi zabitləri olduğu iddia edilən qatilləri də müəyyən edə bilib. Lakin Gertrud Şildbax və onun əlaltıları aradan çıxa biliblər. Onun qaldığı oteldə polis strixninlə zəhərlənmiş bir qutu şokolad da tapıb. Dul qadının dediyinə görə, Reiss yoxa çıxan ərəfədə onlara baş çəkməyə gələn Şildbax bu qutunu uşağa hədiyyə edib. Ancaq sonra həmin qutudakı şokaladı güclə onların əlindən alaraq aparıb.
Cinayətkarların izinə düşmək heç vaxt mümkün olmayıb. Sonda mühakimə olunan yeganə şəxs polisin küçələrdən birində tapdığı və qan içində olduğu avtomobili icarəyə götürən qadın Renata Steiner idi. Lakin onun qətldə əli olduğunu sübut etmək mümkün olmayıb. O, avtomobili tanışı Sergey Efronun xahişi ilə xeyli əvvəl icarəyə götürdüyünü və bu avtomobilin hansı məqsədlə istifadə olunacağını bilmədiyini deyib. Efron özü də qətl günü İspaniyada olub və məhkəməyə ifadə verməyə çağırılanda isə artıq SSRİ-də idi.
Poretskinin həyat yoldaşı Elizaveta daha sonra Amerkaya getdib və yenidən ailə həyatı qurub. Daha sonra o, birinci ərinin həyatı və ölümü haqqında "Dzerjinskinin gizli agenti" kitabını yazıb və burada 37-ci ilin yayında yazdığı məktubun tam versiyasını verib. Həmin məktubdan bəzi fraqmentləri təqdim edirik: "Bu gün sizə yazdığım məktubu çoxdan, "atanın" əmri ilə "on altı"nın Lubyankanın zirzəmilərində öldürüldüyü gün yazmalıydım. Amma mən o zaman susdum. Sonrakı qətllər zamanı etiraz səsimi qaldırmadım və buna görə də böyük məsuliyyət daşıyıram. Günahım böyükdür, amma çalışacağam ki, bunu tez düzəldim ki, vicdanım rahatlaşsın. Son on ildəki bütün cinayətlərə görə sosializm mühakimə olunmalıdır. Heç nə unudulmayacaq və heç nə bağışlanmayacaq. Tarix sərt xanımdır. "Dahi lider, xalqların atası, sosializm günəşi" bütün əməllərinə görə cavab verməlidir".
Poretskinin 1928-ci ildə "proletar inqilabı qarşısında xidmətlərinə görə" təltif olunduğu Qırmızı Bayraq ordenindən imtina etməsi də Stalinin xoşuna gəlməmişdi. Uzun illər NKVD-də minlərlə günahsız insanın öldürüldüyünün şahidi olan Reissi özünün ölüm fərmanını elə o zaman vermişdi.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 13 dekabr 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Qarabağa diplomatik səfər və Ermənistanın "suverenlik sınağı"

Bəzən bir diplomatik səfər uzun siyasi bəyanatlardan daha çox həqiqəti üzə çıxarır. Sentyabrın 11–12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri də məhz bel

"Polşa dövlətçiliyi iki-üç günə yox olacaq" - Rusiya hədə-qorxu gəldi

Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiya prezidenti Vladimir Putinin Moskvanın Avropa ilə müharibə aparmaq üçün heç bir əsasının olmadığı barədə sözlərinə qulaq asmır. KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Ölkələrimizdə əhalinin artması prosesi müşahidə olunur' - Prezident

"Əlbəttə ki, ölkələrimizin əhalisinin gənc və demoqrafik vəziyyətin müsbət olması da üstünlükdür. Çünki bir çox ölkələrdə əhalinin sürətlə azaldığını görürük". xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-y

İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 16-da paytaxtın Qaradağ rayonunda 100 MVt gücündə "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib. xəbər verir ki, energetika nazir

Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir

Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir. Bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimi

Prezident Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol" mövzusunda beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb. xəbər verir ki, müraciətd

Dövlət Suverenliyi Günü – Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifəsi

20 sentyabr Azərbaycanın yaxın tarixində dövlətçilik baxımından mühüm əhəmiyyət daşıyan günlərdən biridir. Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si ölkəmizd

Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik

Azərbaycan çox nadir müsəlman ölkələrindəndir ki, Avropa təşkilatlarında iştirak edir. Ona görə biz bilirik orada nələr baş verir. Bu fikirləri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşünd

30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?

30 il. Bir insan ömrünün böyük hissəsidir. Azərbaycanın isə son 30 ildən artıq tarixi asan keçməyib. Azərbaycan üçün bu illər yalnız bir müharibənin deyil, həm də ədalətin bərpası uğrunda aparılan uzun və çətin mübarizəni


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bu gun xeberler az en son xəbərlər bugün