Azərbaycanla Maldiv arasında viza rejimi qismən ləğv edildi
Azərbaycan və Maldiv hökumətləri arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş" iyunun 18-dən qüvvəyə minir.
azxeber.com xəbər verir ki, Saziş 2024-cü il noyabrın 15-də Bakıda COP29 çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və maldivli həmkarı Abdulla Xəlil arasında keçirilmiş görüşdə imzalanıb.
Müvafiq Qanun layihəsi Azərbaycan Milli Məclisinin 2024-cü il dekabrın 27-də keçirilən iclasında müzakirə edilərək qəbul olunub, daha sonra isə Azərbaycan Prezidenti tərəfindən təsdiq edilib.
Saziş Azərbaycan və Maldivin diplomatik, xidməti və rəsmi pasportlara malik olan vətəndaşlarının hərəkətini asanlaşdırmaq vasitəsilə iki ölkə arasında dostluq əlaqələrinin daha möhkəmləndirilməsi və inkişafı məqsədini daşıyır.
Razılaşmaya əsasən, tərəflərin etibarlı diplomatik və xidməti (rəsmi) pasportlara malik olan vətəndaşları bir-birinin ərazilərinə vizasız daxil ola, oradan tranzit ilə keçə, oranı tərk edə və giriş tarixindən 90 günə qədər müddətdə orada vizasız qala bilərlər.
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
Azərbaycan nefti bahalaşdı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Avtomobil dərəyə aşdı: ölən və yaralananlar var
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı
Şəhid Əli Heydərovun atası vəfat etdi
Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır