Çavuşoğlu Nyu-Yorkda "Şəhid diplomatlar" sərgisinin açılışında - FOTO
Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin Nyu-York şəhərində təşkil etdiyi "Şəhid diplomatlar" sərgisi xarici işlər naziri Mövlud Çavuşoğlu iştirakı ilə açılıb.
Publika.az İctimaiyyətlə Əlaqələr İdarəsinin saytına istinadla xəbər verir ki, nazir Mövlud Çavuşoğlu sərgidəki çıxışında 1915-ci il hadisələrindən geniş bəhs edərək təkzibolunmaz faktlarla "erməni soyqırımı" mövzusunun tamamilə yalan, uydurma və saxta olduğunu bildirib. Türk diplomatlarına qarşı törədilən terror aktları erməni vandalizminə sübutdur.
Rəsmi hissədən sonra iştirakçılar sərgi ilə tanış olublar.
Nazir Mövlud Çavuşoğlu həmçinin, səfər çərçivəsində Nyu-Yorkda tikilən "Türk Evi"ndəki işlərlə də tanış olub.
Qeyd edək ki, "Şəhid diplomatlar" sərgisində erməni terror təşkilatlarının türkiyəli diplomatlara qarşı həyata keçirdikləri sui-qəsd və terror aktları barədə faktlarla müfəssəl məlumat verilir. Erməni terror təşkilatlarının 1970-ci ildən başlayaraq xaricdə yaşayan türklərə qarşı törətdikləri terror aktları nəticəsində 31-i diplomat və onların ailə üzvləri olmaqla, ümumilikdə 58 Türkiyə vətəndaşı qətlə yetirilib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək