Çavuşoğlu: "Qırğızıstandan Azərbaycana nəqliyyat dəhlizi yaradılmalıdır"
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Qırğızıstana səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirilib.
Publika.az Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, jurnalistlərin suallarına Mövlud Çavuşoğlu və qırğız həmkarı Ruslan Kazakbayev cavab verib.
Hər iki nazir səfərin əhəmiyyəti haqqında söz açıb, səmərəli danışıqlar aparıldığını bildiriblər.
Ruslan Kazakbayev deyib ki, danışıqlarda ölkələr arasında ticari-iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi diqqət yetirilib. Türkiyə tərəfi Qırğızıstan-Türkiyə İnvestisiya Fondunun yaradılması təklifini irəli sürüb. Qırğızıstan, Rusiya və Macarıstan arasında artıq belə bir fond yaradılıb və uğurla fəaliyyət göstərir. Biz Türkiyə ilə əmtəə mübadiləsini 1 milyard dollara çatdırmağı qərara almışıq.
Mövlud Çavuşoğlu qeyd edib ki, ticarət, nəqliyyat və loqistika sahələrində maneələr aradan qaldırılmalıdır. Qırğızıstanda və Türkiyədə logistik mərkəzlər qurulmalı, Qırğızıstandan Azərbaycana nəqliyyat dəhliz yaradılmalıdır. Sonra isə Qırğızıstandan mallar Azərbaycan vasitəsi ilə rahat şəkildə Gürcüstan, Türkiyə və Avropaya göndərilə bilər. Türkiyənin xarici işlər naziri təklif edib ki, bu tip layihələri reallaşdırmaq lazımdır.

Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər